saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Nadir qan qrupunun sirri açıldı

ÇapE-poçt

Nadir qan qrupunun sirri açıldı

Fransalı və kanadalı alimlər çox nadir, "Vel-negativ" adlanan qan qrupuna malik insanlarda olmayan zülalı müəyyənləşdiriblər.
Vermont Universiteti və Fransa Milli Qanköçürmə İnstitutunun (French National Institute of Blood Transfusion) apardıqları tədqiqatın nəticələrinin əks olunduğu hesabat EMBO Molecular Medicine-də dərc olunub. Vel-negativ qan qrupu fenomeni barədə 1950-ci illərin əvvəllərində, Fransadakı Revue D'Hematologie jurnalı maraqlı hadisə barədə məqalə dərc edəndən sonra bəlli olmuşdu. Düz bağırsaq xərçəngi olan qadına təkrar qanköçürmədən sonra donor materialınının ağır ayrılması başlanmışdı.Məqalədə həmin qadın "xanım Vel" adlandırılmışdı.Sonra bəlli oldu ki, ilk qanköçürmədən sonra xanım Veldə insanların əksəriyyətinin qırmızı qan hüceyrələrində olan, amma bu qadının eritrositlərində nəzərə çarpmayan naməlum molekula qarşı antikorlar yaranıb. Ayrılmaya səbəb olan maddəni müəyyənləşdirmək mümkün olmadı. Yeni qan qrupu isə bu hadisə ilə bağlı olaraq Vel-neqativ adlandırıldı.
Statistikaya görə, hər 2500 insandan birində Vel-neqativ qan qrupu var.Nadir qrupa mənsubluq antikorlardan istifadə edilməklə xüsusi araşdırmia nəticəsində müəyyən olunur. Belə analiz donor qanının orqanizm tərəfindən qəbul edilmədiyi hallarda aparılır.
Fransız alimi Layonel Arno da bu qan qrupunun müəyyənləşdiriləmsi üçün istifadə ollunan antikorlardan yararlanaraq ayrılma reaksiyasını öyrənməyə çalışıb.Həmin maddənin zülal olduğu aydınlaşıb və Vermont Universitetinin professoru Brayan Ballifin başçılıq etdiyi qrup o zülalı araşdırıb.Alimlər kəşf etdikləri zülalı SMIM1 adlandırıblar.Yeni kəşf Vel-neqativ qrupuna malik insanları müəyyənləşdirmək üçün indiki bahalı metodika əvəzinə yeni, sürətli DNT-testlərdən istifadə etməyə imkan verəcək.

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check