saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

9 May - Qələbə Günüdür.

ÇapE-poçt

9 May - Qələbə Günüdür.

9 May - Qələbə Günüdür.

Bu gün 9 May-Qələbə Günüdür.64 il əvvəl,1945-ci ilin bu günündə SSRİ qoşunları Böyük Vətən Müharibəsində faşist Almaniyası üzərində qələbə qazanıb.1945-ci il mayın 9-da Bakı vaxtı ilə gecə saat 01:43-də Almaniyanın danışıqsız təslim olması barədə akt imzalanıb. Bununla da müharibə başa çatıb.İkinci Dünya müharibəsi 2194 gün davam edib və 55 milyondan çox insanın ölümünə səbəb olub.Azərbaycandan döyüş cəbhələrinə 640 mindən çox adam yollanıb.Onların 10 mindən çoxu qadın olub. Döyüşlərdə 400 minə yaxın azərbaycanlı həlak olub.
Azərbaycanlı döyüşçülər Zaqafqaziya cəbhəsindən Berlinədək döyüş yolu keçiblər.416-cı milli Azərbaycan diviziyası Berlinə ilk hücum edən 6 diviziyadan biri olub.Bu diviziya Reyxstaqın 150 metrliyindəki Brandenburq darvazasının üzərində qələbə bayrağını ucaldıb.416-cı diviziyanın 8 nəfər döyüşçüsü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.Ümumiyyətlə,1941-1945-ci illər müharibəsində ön cəbhədə və arxada Azərbaycanın 250000 nəfərdən çox övladı orden və medallarla təltif olunub.130-a yaxın həmyerlilərimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb,30 nəfəri Şərəf ordeni ilə təltif olunub.

Keçmiş SSRİ-nin bir çox respublikalarında, o cümlədən Azərbaycanda 9 may qeyri-iş günü kimi qeyd olunur.

Bu gün 9 May günüdür!
Tarixlərin sınağından,
keçib gəlir gör neçə il!
Çox qəribə olsa da,O,
Bir QƏLƏBƏ sədasıdır,
Unudulan-ötən deyil!
Neçə-neçə Anaların
Qurutmadı göz yaşını.
Bacılar usanmadan 
Gözlədi tək qardaşını!

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check