saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Uşaqların əlləri bizə nə deyir?

ÇapE-poçt

Uşaqların əlləri bizə nə deyir?

Uşaqların əlləri bizə nə deyir?

“Bir ana üçün uşağının ən sevimli olduğu zaman yatdığı zamandır”.Doğrudur, körpələrin hər halı sevimlidir, şirindir. Yəqin ki, yeni doğulmuş körpələri görəndə onun əllərinə fikir verirsiniz. Bəzən uşaqları qucağımıza alanda,onların kök, toppuş əllərini görəndə mərhəmət dolu hislər yaşayırıq. Elə bununla bağlı olaraq, uşaq əlləri haqqında danışacağıq.Onların əllərinin quruluşundan asılı olaraq xarakterləri barədə məlumat verəcəyik.Körpənizin əllərinə diqqətlə fikir versəniz, onlar haqqında çox şey öyrənəcəksiniz.Yumşaq uşaq əlləri- sakit, sözəbaxan uşaqlarda olur. Belə uşaqlar adətən tənbəlliyə meyllidirlər. Həyatda dəqiq gün rejiminə və nizam-intizama tabe olurlar.Bərk uşaq əlləri- güclü iradə və möhkəm xarakter vəd edir. Ancaq bu uşaqlarda eqoizm,şöhrətpərəstlik və özündən razı olmaq kimi xüsusiyyətlərin yaranma təhlükəsi böyükdür.Əgər fikir vermisinizsə, adətən,uşaqlar əllərini yumruq şəklində sıxaraq yatırlar.Əgər, körpəniz baş barmağını yumruğunun arasında gizlədibsə, deməli ətraf mühit bu uşağa soyuq və düşməncəsinə görsənir.Onu əzizləmək, mehribanlıqla yanaşmaq lazımdır. Çünki o,özünü təhlükədə hiss edir.



Əgər uşağın orta barmağı çox kökdürsə - körpə konfiliktləri sevmir, melonxolikdir.Onun açıq müsbət emosiyalara və xoş təəssüratlara ehtiyacı var.Uşaq hər kəs tərəfindən sevildiyinə və qiymətləndirildiyinə əmin olmalıdır.Körpənin baş barmağı qısadırsa – deməli,o,ürkəkdir. Ətraf aləmdən qorxur.Belə uşaqlarda müstəqilliyi tərbiyə etmək lazımdır.Baş barmaq çox uzun, balaca barmaq çox qısadırsa – uşağın əsəb sistemi möhkəm deyil və depressiyaya meyllidir.Orta barmağın dırnağındakı ağ ləkələr isə kədərin, ürəkdəki ağrıların əlamətidir.Bu,uşaqların keçid dövründə xüsusilə təhlükəlidir. Bu zaman uşaqlar ağılsız addım atmağa qadirdilər.Əgər ləkələr şaquli formadadırsa, deməli, uşağın əsəb gərginliyi azalmıyıb. Əgər ləkələr üfüqi şəkildədirsə, onda təhlükə azalır.“Uşaqların barmaqlarının uzunluğu, qısalığı onlarda zaman keçdikcə şəxsi psixoloji keyfiyyətlər formalaşdırır.Uşaqların barmaqlarının uzunluğu onların yaradıcılığa meyilli olması ilə əlaqələndirilir.Onların fantaziyaları ətrafda maraq doğurur. Böyüyəndə onları musiqiçi,rəssam kimi görmək olar. Bunların heç biri olmasa, onda onların danışığına fikir verin. Barmağı uzun uşaqlar incə, yumşaq, nəzakətli danışırlar.Nisbətən kök olan uşaqlar isə aqressivlikləri ilə seçilirlər. Əlləri kök olan uşaqlar bəzən gələcəyin həkimi olurlar. Onların əli daim işləyən əllərdir. Onu da deyim ki, uşaqların əllərindəki bu müxtəlifliklər onların gələcəkdə şəxsi potensialını, özünəməxsus keyfiyyətlərini formalaşdırır”.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check