saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Bəzi xəstəliklərin yaranma səbəbi ODUR

ÇapE-poçt

Həkimlər B12 çatışmazlığının depressiyadan çəki artımına qədər bir çox narahatlıqlara səbəb olduğunu deyir.
Mütəmadi olaraq yorğunluq, əsəbilik, üşümə, utancaqlıq, özünü bədbəxt hiss etmək, həddən artıq yemək istəyi kimi problemlər yaşayırsınızsa, bunun səbəbi B12 çatışmazlığıdır. B12 vitamini çatışmazlığı insan həyatında başda sinir sistemi olmaqla, yaddaş, diqqət cəmləmə, qayğı, stress, bədən ağırlığı, yaddaşsızlıq və metabolik sürətin yavaşlanması kimi bir çox əhəmiyyətli narahatlıqlara səbəb olur. Vitamin B12 yediyimiz qidalar tərəfindən bədənimizə daxil olur. Yəni, bədən özü B12 vitaminini istehsal etmir. Vitamin B12 yetərsiz olduqda mədə xəstəlikləri meydana gəlir.
B12 vitamini ilə bağlı vacib faktları hər kəs bilməlidir:
1. B12 vitamini hüceyrə yaşlanmasının qarşısını alır.
2. Sinir hüceyrələrini bərpa edir.
3. Ürək və damar xəstəliklərinə qarşı bədəni qoruyur. Iflic və yüksək təzyiqə qarşı damarları qoruyur.
4. B12 vitamini həmçinin karbohidratları enerjiyə çevirir və yağı azaldır.
5. Çəkinin nəzarətdə saxlanması məsələsində çox vacibdir. B12 vitamini bədən enerjisini artırdığı üçün halsızlıq və yorğunluğun qarşısını alır. Bu da yemək istəyini azaldır.
6. Karbohidratları enerjiyə çevirib şəkərdən istifadəni normal vəziyyətə saldığı üçün şəkər metabolizmasını nizamlayaraq, unutqanlığın qarşısını alır.
7. Döş, sütun, prostat, ağciyər xərçənglərinə qarşı qoruyucu təsiri var.
8. Sağlam saç, dəri və dırnaqlar üçün təməl ehtiyacdır. Yəni hüceyrə istehsalı və dərinin nizamlı olaraq yenilənməsini təmin edir.
9. İldə ən azı bir dəfə həkiminizə müraciət edərək B12 dərəcənizi ölçdürün.
10. Qırmızı ət, ciyər, balıq daxil olmaqla dəniz canlıları, qatıq, pendir və yumurta kimi heyvan mənşəli məhsullara üstünlük verin.
11. Yaşlandıqca B12 vitamininin bədəninizdə əmilməsinə mane olacaq xəstəliyiniz varsa bunu həkiminizin məsləhəti və nəzarəti altında tablet və ya inyeksiya vasitəsilə qəbul edə bilərsiniz.
12. B12 vitaminini qidalardan deyil, əlavə olaraq qəbul etmək çəkini artırmır.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check