saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Günə gülərək başlayın İNANILMAZ FAYDALARI

ÇapE-poçt

Mütəxəssislər özünü daha sağlam hiss etmək üçün günə gülərək başlamağı tövsiyə edir.
Bəs siz günə gülərək başlamağın sağlamlıq qaynağı olduğunu bilirdinizmi?
Gülməyin insan fiziologiyası üzərindəki təsirlərini incələyən mütəxəssislər gülən insanların qan axının daha yaxşı olduğunu, immunitetlərinin güclü olduğunu, qan şəkərinin aşağı olduğunu və yuxusuzluq problemi yaşamadıqlarını ortaya çıxarıblar.
Daha sağlam olmaq üçün günə gülərək başlayın və həmişə daha çox gülməyə çalışın!
Qan axınını tənzimləyir: Aparılan araşdırmalar zamanı komediya filmi izləyərək gülən insanların qan damarlarının asanlıqla daralıb genişləndiyi ortaya çıxıb.
İmmunitet sistemini yüksəldir: Artan stress azalan immunitet sistemi ilə əlaqələndirilir. Gülməyin bədəndəki infeksiya ilə mübarizə aparan immunitet hüceyrələrinin səviyyəsini də artıra biləcəyi deyilir.
Qan şəkərini aşağı salır: Yeməkdən sonra sıxıcı bir seminara girən şəkər xəstələrinə sonrakı gün yenə yeməkdən sonra komediya filmi izlədilib. Nəticədə qan şəkərinin tənzimləndiyi ortaya çıxıb.
Yuxusuzluğa çarədir: On dəqiqə gülmək iki saatlıq ağrısız yuxu yatmağa kömək edir.  
Hormonları tənzimləyir: Qəhqəhə atmaq stresslə bağlı olan kortizol, epinerfin və dopac kimi bəzi hormonların səviyyəsini azaldır. Gülmək ağrını azaldır və "endorfin" adlanan pozitiv, yaxşı hiss etmənizə kömək edən hormon ifraz edir.
Yüksək təzyiqi əngəlləyir: Qan təzyiqini normala salmağa yardım edir. Gülmək dərin nəfəs almağa səbəb olur və qan dövranını yaxşılaşdırır.
Masaj kimi təsir edir: Qəhqəhə tənəffüs, qarın, kürək, ayaq və üz əzələləri üçün yaxşı bir idmandır. Bağırsaqları və daxili orqanları çalışdırır. Qarın əzələlərini gücləndirir. Kalori yandırmağa da yardım edir. Diafraqmanı titrədir. Qəhqəhə dərindən nəfəs almağa səbəb olur. Oksigen qəbulu artır və buna görə gülmək ən yaxşı tənəffüs idmanlarından sayılır.
Pozitiv olmağa kömək edir: İnsanın özünə güvənini artırır, çətinliklərlə başa çıxmaq üçün zehni gücləndirir. Depressiyadan çıxmağa yardımçı olur. Stressi  azaldır. Sadəcə bir neçə dəqiqəlik də olsa gülmək bütün günün gərginliyini unutmanıza yardım edər.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check