saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Orqanizmi nikotindən təmizləyən qidalar - SİYAHI

ÇapE-poçt

Siqaret aludəçilərinin bədənində nikotin toplanır və bu da bir sıra sağlamlıq problemlərinə gətirib çıxarır. Siqareti tərgitdikdə belə, nikotinin bədəndən atılması xeyli vaxt alır.
Ancaq mütəxəssislər bəzi qidaların nikotinin bədəndən təmizlənməsinə kömək etdiyini bildirir.

 

Su

Orqanizmi, sadəcə, nikotindən deyil, bütün kimyəvi maddə və toksitlərdən təmizləyir. Gündə ən az 2 litr su için.

Kivi

Bu meyvənin tərkibindəki maddələr nikotinlə mübarizə aparır. Nikotinin bədəndən təmizlənməsi üçün həftədə 3 dəfə 1 ədəd kivi yeyin.

Kök şirəsi

Yerkökü nikotini təmizləməklə yanaşı, onun orqanizmə verdiyi zərəri aradan qaldırır. Siqaretin səbəb olduğu dəri rənginin tündləşməsi və erkən yaşlanma kimi problemlərə qarşı yerkökü şirəsi əsl şəfa mənbəyidir.

Gicitkən otu

Bol miqdarda dəmir ehtiva etdiyi üçün orqanizmə faydalıdır. Nikotini təmizləmək üçün həftədə 3 dəfə gicitkən otu suyu içmək lazımdır. Gicitkəni müxtəlif xörəklərə əlavə etmək olar. Məsələn, ondan göyərti küküsü bişirmək mümkündür. Onu dovğaya da əlavə edə bilərsiniz.

Zəncəfil

Nikotinin orqanizmdən atılmağını təmin etməklə yanaşı, ağciyərləri də təmizləyir. Zəncəfil həm də siqaret istəyini azaldır.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check