saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Alimlər ölümsüzlüyün sirrini tapdı

ÇapE-poçt

Böyük Britaniyanın Nyukasl Universitetinin bir qrup alimi vaxtı geriyə çevirib hüceyrələrin qocalmasının qarşısını necə almağın sirrini açıb.
Enerji "qoruyucuları" - mitoxondriyalar qocalmanın əsas amili sayılıb. Alimlər hesab edirlər ki, mitoxondriyalar qocalmaqda olan hüceyrələrdən çıxarılsa, dağıdıcı proses dayanacaq və sistem xeyli cavanlaşacaq.
Mitoxondriyaları çox vaxt "batareya" adlandırırlar. Bu onunla bağlıdır ki, onlar hüceyrələrin fəaliyyəti və bütövlükdə insan orqanizmi üçün zəruri olan enerjinin paylanmasına məsuldur.İnsan yaşa dolduqca, orqanizmdə tədricən müxtəlif dərəcəli zədələr toplanır. Alimlərin sözlərinə görə, bu zədələr iltihab proseslərini sürətləndirir, nəticədə qocalma prosesi inkişaf edir. Mitoxondriyalar laboratoriya şəraitində hüceyrələrdən çıxarılanda qocalma prosesini dayandırmaq mümkün olub, çünki iltihablı molekulların və gen ekspressiyalarının səviyyələri eynən gənclərinki kimi olub.
Alimlər topladıqları təcrübəyə söykənərək, hüceyrələrin qocalma tezliyini yavaşıtmağa kömək edəcək metodlar yaratmaq niyyətindədirlər.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check