saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

2016-cı İl Fevral ayında bürclər sizə nə vəd edir?

ÇapE-poçt

Qoç - 2016-cı ilin Fevral ayı Qoç bürcləri üçün əlaqələr baxımından aktiv bir ay olacaq və ümumiyyətlə ictimailəşmə ortaya çıxacaq. Partnerinizlə və yoldaşlarınızla çox gözəl zaman keçirəcəksiniz. Əgər təksinizsə, ictimai hadisələrdə: qonaqlıqlarda, nümayişlərdə, konfranslarda və digər yerlərdə xəyallarınızdakı insanla tanış ola bilərsiniz. 2016-cı ilin Fevral ayı boyunca Qoç bürcləri evdə oturmazlarsa daha yaxşı olar. Nə qədər çölə çıxsalar onların eşq həyatı bir o qədər canlı və zəngin olacaq. Danışıqlar, səyahət, işlər və ya məlumatlar Qoç bürcünün eşq həyatı üçün əhəmiyyət daşıyacaq. Ayın birinci yarısı boyunca Qoç bürclərinin eşq həyatı iş və karier həyatını təsir edə bilər. Və ya başqa professional işlər də evlilik həyatınıza təsir edə bilər. 2016-cı ilin Fevral ayı boyunca şans sizdən yana olacaq: Kiçik Xeyirxah Venera Qoç bürcünün karier evindən keçəcək və orada Böyük Xeyirxah Yupiter planeti ilə üçbucaq meydana gətirəcək və Qoç bürcünün iş evində olacaq. Belə bir astroloji düzülüşün təsiri altında, hər şey çox səy göstərmədən sizin lehinizə olacaq. İstədiyiniz hər şey olacaq. Yeni fürsətlər yaranacaq, siz müvəffəqiyyətli olacaqsınız və hərəkətləriniz gəlir gətirəcək. Üstəlik Günəş, Merkuri və Venera planetləri sizin Yaxşı ruh (Yunanlar ona Agathos Daimon deyirlər) evinizi tətikləmək üçün növbəyə girəcək, sizə dəstək, müdafiə və şöhrət gətirəcək. Maliyyə baxımından 2016-cı ilin Fevral ayı Qoç bürcləri üçün çox aktiv bir dövrün başlanğıcı kimi xatırlanacaq, çünki bu dövr siz çox pul qazanacaqsınız, lakin pulu sakit, diqqətli olsanız və yaxşı plan qursanız qazanacaqsınız. Əgər Qoç bürcləri son günlərdə sağlamlıq problemləri ilə məşğul olurlarsa, 2016-cı ilin Fevral ayı bunlar inkişaf edəcək və hətta daha da möhkəmlənəcək. Qoç bürcünün sağlamlıq evinin idarəçisi Merkuri planeti gözəl mövqedə olacaq. Beləliklə Fevral ayı sadəcə sağlamlıq üçün deyil, həm də xüsusi gigiyena, diyet və ya həyat şərtləri üçün də yaxşı olacaq.

Buğa - 2016-cı ilin Fevral ayı Buğa bürclərinə nə bahasına olursa olsun xərclənməsi lazım olan eşq enerjisi verəcək. Yupiter planetinin Buğa bürcünün cinsilik evində, ehtiras planeti olan Mars planetinin isə Buğa bürcünün evlilik evində olmasıyla, bu dövr sürükləyici və provokativ dövr olacaq. Bütün inkişaf edən hadisələrdə siz başlanğıclar etmək istəyəcəksiniz, başdan çıxarmağa, reaksiya verməyə və vəziyyətləri işıqlandırmağa istiqamətli olacaqsınız. Alovlu və canlı Yupiter planeti sizin ilk addım atma qabiliyyətinizi qızışdıracaq, isti və dəbdəbəli Mars planeti isə, diplomatiyada, gücdə və bəzən hətta xüsusi vəziyyətlərdə belə sizi fateh elan edəcək. Əgər siz dalğalanma etməsəniz, bu zaman dalğa yaradanların təsirinə məruz qalacaqsınız: bu təsir ehtiraslı, çalxantılı, hətta aqressiv də ola bilər. 2016-cı ilin Fevral ayı Buğa bürclərinin karieri üçün çox aktiv dövr olacaq. Günəş ilk iki on gündəlik boyunca Buğa bürcünün karier evində olacaq və ayın ikinci yarısı boyunca isə Venera bu evdə olacaq. Bu astroloji keçiş sizi işıqlandıracaq, sizə müvəffəqiyyət, təqdimat və qürur gətirəcək. Məlumat, ünsiyyət və əlaqələr müvəffəqiyyətinizdə əhəmiyyətli rol oynayacaq. Həm də iş yoldaşları və komanda işi sadəcə Venera planetinin Buğa bürcünün karier evindən keçişi ilə deyil, həm də Mars planetinin Buğa bürcünün əlaqələr evində olmasıyla tətiklənəcək. Siz daha çox insanın qatıldığı bəzi yeni kontraktlar və ya proektlər ilə məşğul olacaqsınız. Siz həmçinin rəqabətlə, yarışla, bəlkə də bəzi münaqişələrlə də məşğul ola bilərsiniz. Maliyyə baxımından ümid vəd edici xəbərlər var: Buğa bürcünün pul evinin idarəçisi Merkuri planeti yaxşı mövqedə olacaq və sizə gəlirinizi artırmaq üçün fürsətlər təqdim edəcək. Onları qiymətləndirmək sizə qalıb! 2016-cı ilin Fevral ayı Buğa bürcləri üçün enerji ilə dolub daşacaq, lakin bu dövr hədsiz stress olacaq və siz ifrata istiqamətli olacaqsınız. Siz gərgin vəziyyətlərdən, münaqişələrdən qaçınmalısınız, çünki onların sizin fiziki və romantik tarazlığınız üzərində mənfi təsiri olacaq. Tələskənlik etməməniz lazımdır, riskli vəziyyətlərdən uzaq durun və qızğın və kobud davranışlı xaricilərlə əlaqə içində olmayın.

Əkizlər - 2016-cı ilin Fevral ayının ilk yarısı boyunca Əkizlər bürcləri əlaqələrindən əmin olmayacaqlar. Onlar eşq üçün daha çox dəlilə ehtiyac duyacaq və partnerlerinin hələ yaxşı və diqqətli şəkildə araşdırılmadığını düşünəcəklər. Onlar hətta qaranlıq ssenarilər quraraq həqiqətdən uzaqlaşa da bilər. Digər tərəfdən bu dövr başqalarının psixoloji incəliklərini anlamaq üçün uyğun olacaq. Lakin ayın ikinci dövrünün başlamasıyla siz rahatlamağa başlayacaqsınız. Artıq birgə iş, əlaqə və xüsusilə məlumat, genişləmə və təkamülə söykənən əlaqələr üçün uyğun bir səfhəyə girəcəksiniz. 2016-cı ilin Fevral ayı boyunca səyahət, işlər və ruhi vəziyyətiniz əhəmiyyətli mövqedə olacaq və Əkizlər bürcünün əlaqələrini tətikləyəcək. Mars planetinin Əkizlər bürcünün iş evində olması ilə Fevral ayında qarışıqlıq yaşaya bilər və stress keçirə bilərsiniz. Enerjiniz artacaq, yeni işlərə başlamaq istəyəcək və məhsuldar olmağı bacaracaqsınız. Digər tərəfdən tənqidçi vəziyyətlər, xəbərdarlıqlar və ya qarmaqarışıqlıqlar riski olacaq. Təcili vəziyyətlərdə Mars planeti münaqişələrə və işlə əlaqəli qəzalara səbəb ola bilər. Beləliklə diqqətli olmanız lazımdır! 2016-cı ilin Fevral ayında ən uyğun seçim məsuliyyətlərlə məşğul olaraq Mars planetinin verdiyi enerjini xərcləməkdir. Şiddətli və çox intizamlı plan qurmaq lazımdır. Xüsusilə ayın birinci yarısı boyunca Əkizlər bürcünün iş yoldaşlıqları əvvəlki aylarla müqayisədə daha çox gecmişə istiqamətli olacaq və daha çox maddi qazanc gətirəcək. 2016-cı ilin Fevral ayı boyunca və gələcək aylarda Əkizlər bürclərinin sağlamlığı həssas mövzu olacaq və diqqətli araşdırılma tələb edəcək. Mars planeti Əkizlər bürcünün xəstəliklər evində olacaq və onun bu mövqeyi əzablı təsirlər, yanma, yoluxucu xəstəliklərə tutulma, qanama, qəzalar və tibbi proseduralara səbəb olacaq. Lakin Mars planetinin enerjisi yaradıcı işlərə istifadə ediləcək, cəsarət və əzm tələb edən tibbi araşdırmalara və proseduralara xərclənəcək.

Xərçəng - Eşq və uyğunlaşma planeti olan Venera 2016-cı ilin 17 Fevralına qədər Xərçəng bürcünün əlaqələr evində olacaq. Bu dövr romantik impuls gətirəcək, xüsusilə Venera planetinin Böyük Xeyirxah Yupiterlə qiymətli üçbucaq meydana gətirməsindən sonra belə olacaq. Xərçəng bürclərinin eşq həyatı təklikdən, dəyişmədən və yenilikdən çox şey qazanacaq. Siz yeni sevgili tapa bilər və ya əlaqənizə yaxşı istiqamətdən təsir edən biriylə tanış ola bilərsiniz. Oxumaq, məlumat almaq, və ya başqa insanlarla təcrübə mübadiləsi etmək sizə əlaqələrlə bağlı əvvəlkilərdən daha məhsuldar və doyurucu yeni fikirlər və ya strategiyalar verməkdə köməkçi olacaq. Ayın ikinci yarısı boyunca Yengəc bürclərinin romantik həyatı pozulacaq və cütlərin narahatlıqları daha praktik şeylərə istiqamətli olacaq. Ayın birinci yarısı boyunca iş əlaqələri Xərçəng bürclərinin karieri üçün faydalı olacaq. Komanda işi çox yaxşı davam edəcək, müştərilərin sayı çoxalacaq, yeni təkliflər yolunuza çıxa bilər və ya daha comərd insanlar sizin karierinizə kömək ola bilər. 2016-cı ilin Fevral ayı Xərçəng bürclərinə pul və ya maliyyə əməliyyatlarla əlaqədar narahatlıq gətirəcək. Əlavə qazanc sizin yolunuza çıxa bilər, kiçik sərmayələr də qoya bilərsiniz, itirilmiş pul və ya əşyanı geri qazanacaqsınız. Borc, kredit, fondlar üçün pul köçürmək və s. əsas mövzu olacaq və ya siz bu və ya digər yolla maliyyə müəssisələriylə əlaqə yaradacaqsınız (bank, sığorta və s.). Fevral ayı tamamilə yaradıcı, məhsul təmsil etmə və ya təqdimatı üçün faydalıdır. Xərçəng bürcünün xəstəliklər evində olan Saturn planeti bu evin idarəçisi Yupiter planeti ilə uyğunlaşmasız mövqedə olacaq, 2016 ili boyunca bədəninizin diqqətə ehtiyacı olacaq. Bu dövr boyunca Yengəc bürclərinin sağlamlığının əlavə xüsusi qayğıya ehtiyacı olacaq. Fevral ayının üçüncü on günlüyü belə dövrlərdən biri olacaq. Diqqətli olun xüsusilə Bütöv ay olduğu zaman (22-24 Fevral)!

Şir - 2016-cı ilin Fevral ayının 19-u Günəş Şir bürcünün əlaqələr evindən keçəcək və sizin sevgilinizin əhəmiyyətini vurğulayacaq. Sizin düşüncələriniz və hərəkətləriniz sevgilinizin ətrafında dönəcək, əlaqənizlə bağlı işlər ön plana keçəcək və prioritet qazanacaq. Şir bürcünün əlaqələr evini 14 Fevraldan başlayaraq Merkuri planeti ziyarət edəcək. Merkuri planeti Şir bürcünün eşq həyatındakı ünsiyyəti tətikləyəcək, onların eşq həyatındakı yeniliyə yeni və əhəmiyyətli istiqamətlər gətirə biləcək. Lakin gözəl bir xəbər var: 2016-cı ilin 17 Fevralında eşq və uyğunlaşma planeti Venera da Şir bürcünün əlaqələr evinə addımlayacaq. Eşq, istilik, zəriflik, sevgi və anlayış mövzusunda Venera sizə şans gətirəcək. 2016-cı ilin Fevral ayı Şir bürcünün eşq həyatı üçün çox uyğun görünür. Bundan faydalanın! Fevral ayı karierinizə təsir edən əlaqələri vurğulayır. Günəş, Merkuri və Venera komanda işini dəstəkləyir, sizə yeni kontraktlar, müvəffəqiyyət gətirəcək və əməkdaşlığında olduğunuz insanlardan gəlir təmin edəcəksiniz, müştərilərinizdən faydalanacaq və rəqiblərinizdən xeyr görəcəksiniz. Çünki Şir bürcünün pul evində olan Yupiter maliyyə baxımdan çox aktiv bir dövrdən keçir. 2016-cı ilin Fevral ayında ən əhəmiyyətli qərarlar ayın ikinci yarısı Şir bürcünün pul evinin idarəçisi Merkuri planetinin daha təsirli bir mövqedə olduğu zaman reallaşacaq. Maddi narahatlıqlar ayın ikinci on günlüyündə Günəşin Şir bürcünün ikinci pul evində oldığı zaman ortaya çıxacaq. 2016-cı ilin Fevral ayının 19 - dan sonra diqqətli olmanız lazımdır, siz həddindən artıq diqqətli və mülayim olmalısınız, əks halda asanlıqla aldana bilərsiniz. 2016-cı ilin Fevral ayıda sağlamlıq əvvəlki aylarla müqayisədə Şir bürcləri üçün daha az problem təqdim edəcək. Üstəlik ayın birinci yarısı boyunca siz narahatlıq yaşamadan problemləri həll edəcəksiniz, çünki həkimlər və tibbi işlərlə məşğul olmada mütəxəssis olan Venera planeti uyğun mövqedə olacaq. Hətta gigiyena, gözəllik və baxımla əlaqəli işlərdə də bu planet sizə kömək edəcək. 2016-cı ilin Fevral ayının son on günlüyü ən çətin dövr olacaq, bu səbəblə diqqətli olmanız lazımdır!

Qız -Qız bürcünün eşq evində Venera - Merkuri - Pluton üçlüyünün birləşməsi altında, 2016-cı ilin Fevral ayının ilk dövrü daha nizamlı və duyğularla dolu olacaq. Venera planeti eşq, Pluton planeti romantika və cinsilik, Merkuri planeti isə Qız bürcünün idarəçisidir. Bu üç planetinin birləşməsi eşq həyatınızı qüvvətləndirəcək. Dərin duyğular əldən ələ keçərək sizi macəraya sürüyəcək, yeni şeylərə marağınız artacaq və Eros hər vaxt əlində yayı sizi gözləyir. 2016-cı ilin Fevral ayının ikinci yarısı daha çox hisslərlə dolu bir aydır, lakin birinci dövrdə reallaşan hadisələrin əks olunması ilə rənglənəcək. Qız bürclərinin evlilik evinin idarəçisi Yupiter planeti Sentyabr ayına qədər Qız bürcündə olacaq, beləcə sizin romantikliyiniz hər vaxt alovlana bilər. 2016-cı ilin Fevral ayı müvəffəqiyyət potensialı ilə məhsuldar bir ay olacaq. Qız bürcünün iş evi ilk iki on günlük boyunca Günəşin işıqları ilə yuyunacaq və sonra 14 Fevralın başlaması ilə Merkuri planetinin, 17 Fevralda isə Venera planetinin keçişi səbəbiylə işıqlanacaq. Günəş sizə avtonomluq, nüfuz və güc verəcək, Venera planeti sizə özünüzü yaradıcı olaraq ifadə etmək üçün kömək edəcək və kolleqalarınız tərəfindən idarə olunan yaxşı iş mühiti təmin edəcək. Merkuri planeti də sizin intellektual qabiliyyətinizi vurğulayacaq və bu planet Qız bürcünün karier evinin idarəçisidir. Siz çox çalışacaq lakin bundan məmnun qalacaqsınız. Səyləriniz tərif və tanınma ilə mükafatlandırılacaq, lakin həm də sizə yaraşan maddi qazancla mükafatlandırılacaqsınız. 2016-cı ilin Fevral ayı Qız bürclərinin müvəffəqiyyət açarı sakit və diplomatik ünsiyyət olacaq. Sağlamlıq mövzularına maraq Fevral ayında Günəş və Merkuri planetinin Qız bürcünün sağlamlıq evindən keçməsiylə vurğulanacaq. Bu astroloji keçiş əzələlərinizin sıxılması, zəiflik və sağlamlıq problemlərinin ortaya çıxması ilə xatırlanacaq, lakin müayinə, diet, gözəllik və bədən baxımı ilə də xatırlana bilər. Əgər problemlər ortaya çıxarsa, həkimlər və tibb işçilərinə güvənə bilərsiniz.

Tərəzi - Tərəzi bürcünün eşq və cinsilik evi 2016-cı ilin Fevral ayının ilk iki on günlüyü boyunca Günəşin orada olmasıyla və ayın ikinci yarısı Merkuri və Venera planetlərinin keçişi ilə canlanacaq. Fevral ayı ehtiras və romantikliklə dolub daşacaq, indiki əlaqənin çiçəklənməsi üçün məhsuldar bir zəmin yaranacaq, sizin istəyinizə bağlı olaraq yeni bir eşq də ortaya çıxa bilər. Ev və ailə Tərəzi bürcləri üçün əziz olacaq və valideyn olmaq, hamiləlik, uşaqlar kimi mövzularla başınızı şişirəcəksiniz. Digər tərəfdən Tərəzi bürcünün evlilik evinin idarəçisi Mars planetinin Tərəzi bürcünün pul evində olması, əlaqənizə praktik və ya maddiyyatı əks etdirəcək. 2016-cı ilin Fevral ayı sizin qabiliyyətinizi, imicinizi, məhsullarınızı və ya xidmətlərinizi göstərməniz üçün mükəmməl bir ay olacaq. Siz çox təsir edici olacaq, diqqətləri çəkəcəksiniz - və siz həm də şanslısınız! Günəş, Merkuri və Venera sizin 5 -ci günəş evinizdən - çox uyğun bir evdən - keçəcək, Qədim Yunanlar buna Agathe Tyche (Yaxşı şans/Yaxşı Tale) deyirlər. Əgər sizin yaradıcı artistik qabiliyyətiniz varsa, indi onu göstərmə zamanı. Həm də əgər siz sayt təqdimatı, qəzet nəşr etmək və s. istəyirsinizsə, bunun üçün uyğun dövrdür. 2016-cı ilin 22 Fevralındakı Bütöv ayın Tərəzi bürclərinin karieri və işi üçün əhəmiyyəti olacaq. Fevral ayı maliyyə vəziyyətləri inkişaf etdirmək üçün davamlı səy göstərmək üçün uyğun olacaq, lakin iş görmədən pul qazanmaq üçün edilmiş fərziyyələr üçün də pis bir ay olacaq. Tərəzi bürclərinin fiziki şərtləri 2016-cı ilin ilk iki on günlüyü üçün yaxşı olacaq. Sizin hədsiz enerjiniz olacaq və daha çox idman etməniz və ya fitness proqramına başlamanız sizi yormayacaq. Ayın son on günlüyü daha həssas olacaq, beləcə sizin daha diqqətli olmanız lazım olacaq. Neptun planetinin Tərəzi bürcünün xəstəliklər evində Günəşlə birləşməsi və bu evin idarəçisi Yupiterlə ziddiyyət meydana gətirməsi yaxşı deyil. Sizin nizamlı bir həyat yaşamanız lazımdır, özünüzə diqqət yetirin, hər hansı bir əlaməti müalicə etməyin.

Əqrəb - Əqrəbin eşq evində uzun müddətə Neptunun olması romantik lakin idealist və qeyri - kafi bir infrastruktur meydana gətirməkdədir. Lakin Fevral 2016da mühit daha praktik, dinamik və hətta isti ola bilər. Əqrəbin alovlu ehtirası 6 Mart 2016 - a qədər Əqrəbdə olacaq olan (və İyun İyul aylarında sizin isti yaz keçirməniz üçün geri gələcək olan) Mars tərəfindən bəslənməkdədir. Unutmayın Mars döyüş və hərəkət planeti olmaqla birlikdə həm də ehtiras, ehtiras, cinsilik və fəth planetidir, buna görə sizi də hücum etməyə yönəldəcək. Eşq planeti Venera isə 17 Fevral 2016 - a qədər Əqrəblərə yığıncaq, ünsiyyət və ya romantik səfərlərdə yaxşı şans gətirəcək və bu tarixdən sonra ev və ailədə xoşbəxtlik vəd edəcək. Fevral 2016 boyunca Əqrəbdə olacaq olan Mars karierinizdə sizə enerji, məhsuldarlıq, təşəbbüs, hərəkət istəyi, hədsiz ehtiras və keçmişdə cəsarət etmədiyiniz şeyləri etmə cəsarəti verəcək. Bu dinamik və qəti hərəkətlər, döyüş və rəqabət, yeni üfüqlərə açılmaq və başqalarını da bu istiqamətlərə açılmaları üçün motivasiya etmək və idarə etmək üçün uyğun bir zamandır. Lakin diqqətli olmanızda fayda vardır, çünki Mars tələskən, bəsirətsiz və məcburedici ola bilər. Enerjinizdən müdrikcəsinə istifadə edin və onun sizi riskli hərəkətlərə və qarşıdurmalara itələməsinə icazə verməyin. Maliyyə baxımından Fevral 2016 Əqrəblər üçün daha uyğun olacaq. Xüsusilə intellektual və ticari fəaliyyətlərdən, uzlaşdırma fəaliyyətindən, gəzinti və yığıncaqlardan gəlir təmin edə bilərsiniz. Sizin çox enerjiniz olacaq və bu enerjini xərcləmək məcburiyyətindəsiniz. Gəzintilərə çıxın, çalışın, rəqs edin, fitnes salonlarına gedin və eşqlə məşğul olun. Xərclənməmiş enerjiniz geri təpə bilər və sizə yaralanma, qəza, infeksiya, müxtəlif kəskin və əzablı vəziyyətlər yaşada bilər. Avtomobilinizdən diqqətlə istifadə etməli və potensial risk daşıyan qarşıdurmalara girməməlisiniz.

Oxatan - 2016-cı ilin Fevral ayının ilk dövrü boyunca Oxatan bürclərinin eşqə yanaşma tərzi çox praktik olacaq, onlar əlaqələrin praktik istiqamətləri ilə, sabitlik və uzun vədəli strategiyalarla məşğul olacaqlar. Macəraçı ruhunuz azalacaq, təhlükəsizlik, pul və ya başqa maddi şeylər cütlərin maraq sahəsindəki cari mövzuları əhatə edəcək. Ayın ikinci yarısı boyunca mühit daha ünsiyyət ruhlu, daha dinamik olacaq. Bəlkə də siz və sizin partneriniz çöldə çox vaxt keçirsəniz daha yaxşı olacaq, daha çox insanla vaxt keçirəcəksiniz və ya birlikdə qısa səyahət edəcəksiniz. Əgər siz təksinizsə 2016-cı ilin Fevral ayında eşq qapınız açıq olacaq və məlumat, mesajlar və səyahətə baxış bucağınız dəyişəcək. Bu dövr boyunca sizin xüsusi biri ilə tanış olma fürsətiniz olacaq. 2016-cı ilin Fevral ayı Oxatan bürcünün karier və pulu üçün yaxşı aydır. Xüsusilə birinci dövr üçün həqiqətən yaxşı olacaq, sizin pul evinizdə Pluton - Merkuri - Venera üçlüyü olacaq (pul, şans, zəka, əməkdaşlıq və həvəsləndirici hesablamalardan gələcəkdir) və bu üçlük Oxatan bürcünün karier evində Böyük Xeyirxah Yupiterlə üçbucaq meydana gətirəcək. Yupiterlə yaradılan üçbucaq və Pluton - Merkuri - Venera üçlüyü sizə şans, coşğunluq və məhsuldarlıq gətirəcək və bu Yupiterə böyük arzularınızı reallaşdırmanıza kömək edəcək. Şans təəccübedici bir vaxtda sizin qarşınıza çıxacaq, gözlənilməz bir hadisənin oyanışı zamanı ortaya çıxacaq. 2016-cı ilin Fevral ayı boyunca ünsiyyət, məlumat, intellektual və ticari hadisələr, səyahət və danışmalar üçün uyğundur. Əgər özünüzə diqqət yetirsəniz, yaxşı olacaqsınız. Lakin unutmayın ki, 2016 ili Oxatan bürclərinin sağlamlığı üçün həssas ildir, bütün il boyunca buna diqqət yetirməniz lazım olacaq. Oxatan bürcündə olan Saturn, bu bürcün idarəçisi Yupiterlə narahat bir vəziyyətdə olacaq və aqressiv Mars Oxatan bürcü və Oxatan bürcünün xəstəliklər evlərindən biri arasında gedib gələcəkdir. Beləliklə sizin çox şansınız olmayacaq. Əsas işiniz özünüzü qorumaq və diqqət yetirmək olacaq.

Oğlaq -Oğlaq bürcündə olan Eşq planeti Venera ilə siz 17 Fevrala qədər Bəy/Xanım Zodiak olacaqsınız. Venera planeti eşq mövzusunda sizə şans və müvəffəqiyyət gətirəcək; bu başqalarını sizin haqqınızda ən cazibədar şeyləri görməyə yönəldəcək və gözəl görünməyə köməkçi olacaq, özünüz haqqında düşünməyə, daha seksual, daha incə tərzli, daha zərif olmağa yönəldəcək. Eşq planetinin sizin bürcünüzdə olması sizin romantikliyinizi və cazibədarlığınızı alovlandıracaq və yeni bir eşqin çiçəklənməsi üçün uyğun şərtlər yaradacaq. 2016-cı ilin 5 - 6 Fevralı Ay Venera planeti ilə birləşəcək, böyük romantik gücünüz olacaq və əgər yaxşı istifadə etsəniz bu həqiqətən də sehrli çubuq kimi olacaq. Ayın ikinci yarısı boyunca Oğlaq bürclərinin əlaqələrinə praktik və maddi problemlər təsir edəcək. 2016-cı ilin Fevral ayı Oğlaq bürcləri üçün şanslı ay olacaq və şans sizin karierinizə də təsir edəcək, xüsusilə ayın birinci yarısı Venera sizin tərəfinizdə olduğu zaman. Kiçik Xeyirxah Venera (eyni zamanda Oğlaq bürcünün karier evinin idarəçisidir) sizə təqdimat və müvəffəqiyyət üçün fürsətlər təqdim edəcək, yolunuzu təmizləyəcək və sizə işdə, kontraktlarda, komanda işində, müştərilərlə əlaqələrdə, məşhur olmaqda, imiclə bağlı bütün digər şeylərdə kömək olacaq. Həm də ayın ilk yarısı boyunca siz intellektual işlərdə, ünsiyyət, dəyişiklik və səyahət tələb edən işlərdə Merkurinin dəstəyini qazanacaqsınız. 2016-cı ilin Fevral ayı bütün maliyyə işləri üçün əhəmiyyətlidir və sizə yaxşı pul, hədiyyə və ya gəlirli iş gətirəcək. Qarşınıza çıxacaq hər hansı bir sağlamlıq problemi olmayacaq. Oğlaq bürcləri çox yaxşı bir fiziki görünüşə sahib olacaqlar və onların zəkaları mükəmməl olacaq, xüsusilə ayın birinci yarısı boyunca bu belə olacaq. Əgər sizin bəzi köhnə problemləriniz varsa, onlara yönəlmənin tam zamanı. 2016-cı ilin Fevral ayı tibbi proseduralar üçün uyğundur.

Dolça - Fevral sizin ayınızdır! Hər şeydən əvvəl Günəş 19 Fevrala qədər Dolça bürcündən keçəcək, öz parlaqlığını, istiliyini və canlılığını sizə verəcək və sizi daha cazibəli, parıltılı edəcək. Günəş Dolça bürcünün evlilik evinin idarəçisi olduğu üçün, xüsusi bir dəvətnaməyə ehtiyac duymadan sizin arzularınızdan biri asanlıqla reallaşacaq. Sonra 2016-cı ilin Fevral ayının 14 - ü Merkuri planeti Dolça bürcünə girəcək və sizə rahat olmaq və başdan çıxarmaq üçün uyğun sözləri tapmaqda kömək olacaq. Son olaraq Fevral ayının 17 - sinin başlamasıyla eşq və məmnuniyyət planeti Venera sizin tərəfinizdə olacaq. Siz daha həssas olacaqsınız, cazibədarlığınız daha dəfedilməz olacaq, siz eşqdə şanslı olacaqsınız və evlilik həyatınızda uyğunlaşma olacaq. 2016-cı ilin Fevral ayı Dolça bürcləri üçün uyğun ay olacaq və onlara şans gətirəcək. İstəkli, yeni başlanğıclar edən və güclü Mars planeti Dolça bürcünün karier evinə güc qatacaq, sizin bürcünüzdən keçən bütün planetlər sizə hər cür kozur verəcəklər: Günəşdən gələn enerji, nüfuz, Merkuri planetindən gələn zəka, tarazlıq və uyğunlaşma və Venera planetindən gələn cazibədarlıq, diplomatiya və şans. Beləliklə 2016-cı ilin Fevral ayı müvəffəqiyyətli olmaq üçün əlinizdə bütün fürsətlər olacaq. Bütün bunlar sizin nə istədiyinizi bilməyinizlə və bu mövzuda hərəkətə başlamanızla bağlıdır. Pul baxımından Fevral ayı Dolça bürcləri üçün maraqlı aydır. Əslində professional müvəffəqiyyət sizin gəlirinizin artması ilə bağlıdır, lakin siz həm də çox şanslısınız! 2016-cı ilin Fevral ayı boyunca Dolça bürcləri fiziki görünüş olaraq zirvədə olacaqlar. Siz canlı, çevik, və optimist olacaq, həm də gənc, güclü və yaxşı ruh halında olacaqsınız. Hər şey o zamana qədər gözəl olacaq ki, sizin ruhunuzu rahatladan həyat melodiyası səslənsin. Lakin əgər kimsə sizə qarşı hər hansı bir şeyin əksini iddia etsə və ya sizin yolunuza çıxarsa , siz çox qızğın ola bilər və ya hətta davakar da ola bilərsiniz.

Balıqlar - Balıq bürcünün idarəçisi Yupiter planeti Balıq bürcünün evlilik evində olacaq və Balıq bürcünün evlilik evinin idarəçisi Merkuri planeti ilə üçbucaq meydana gətirəcək. Eyni planet başqa bir üçbucağı isə eşq planeti olan Venera planeti ilə meydana gətirəcək. Beləliklə 2016-cı ilin Fevral ayı eşq baxımından həqiqətən möhtəşəm olacaq. Bu ay hər şey uyğunlaşma içində olacaq, siz sakit və partnerinizlə qarşılıqlı razılaşma içində yaşayacaqsınız, çox əylənəcəksiniz və hətta çox insanları bir yerə toplayacaqsınız. Ayın ikinci yarısı daha da əyləncəli olacaq. 2016-cı ilin Fevral ayı Balıq bürclərinin müvəffəqiyyətlə əlaqədar böyük potensialı olacaq. Əməkdaşlıq, komanda işi və kollektiv iş sizə böyük məmnuniyyət gətirəcək. Hər kəs sizi sevəcək, çox məşhur olacaqsınız və sizin proyektləriniz dəstəkləniləcək. Əgər məqsədinizə çatmaq üçün qaynaq axtarırsınızsa, bu çatdığınız məqsədiniz olsun və ya uzun vədəli proyektlər olsun yaxşı təsirlər ortaya çıxa bilər. indi yaradacağınız hər hansı bir şeyi : şəkil, iş və s. gücləndirmək üçün sərmayə qoymağa hazır olmaq gərəyi duyacaqsınız. 2016-cı ilin Fevral ayı həm də mali baxımdan dinamik bir ay olacaq. Pul qismən kontraktlardan və kolleqalarınızdan, fəaliyyətlərdən və ya intellektual və mədəni təbiətinizdən və ya uzaqdan birindən gələcəkdir. Sizin ruh halınız çox yaxşı olacaq, xüsusilə ayın birinci dövrü, lakin siz gözəl fiziki görünüşünüzlə öyünməyin. Beləliklə çalışın özünüzü yandırıb yaxmayın! Mənasız şeylərə zaman ayırmaqdansa, əhəmiyyətli işlərinizi tənzimləməyə və bunlara fokuslanmağa yönəlin.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check