saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Fərqli olduğunu necə qəbul etməlisən?

ÇapE-poçt

Lev Tolstoyun gözəl sözləri var: "Hamı fərqli bədbəxtdir, amma xoşbəxtlik eynidir."
Hamımız eyniyik: eyni anatomik quruluş, eyni instiktlər, eyni arzular, eyni istəklər...
Və eyni zaman hamımız fərqliyik: əgər musiqi seviriksə- biri rok, biri muğam, biri caz...
İnsanlar doğulan andan nəynənsə fərqlənmək istəyir: çoxluqdan seçilmək, hamının marağını çəkmək.
Bəzən biz istəmiyərəkdən marağa səbəb oluruq. Qəbullanmaq istəmirik. Kiminsə qəribə baxışı, və ya sözü dərhal ürəyimizə dəyir. Beləliklə şübhələr başlayır yaranmağa. Paranoid şəxsiyyətə yaxınlaşma baş verir.  Bəli, fərqli olaraq, fərqli tələbatlar yaranır. Və ən əsası- özünlə harmoniyada yaşamaq. Əgər sən fərqlisənsə: xarici görünüşün, tələbatın, həyata baxışın, fikirlərin, ünsiyyət forman- bütün bunlar səni individual edir; bütün bunlar səni dahada güclü edir.
Fərqli olaraq cəmiyyətə mənliyini təstiq etməyin ən yaxşı yoludu. Məgər kimdənsə gücsüzsən? Xeyr. Dahada güclən, dahada mübarizəli ol.
Bəzi güclənmə yolları sənə özünü qəbullanmağa kömək edəcək:
özünü analiz et
bəzən tək qalmağı arzula
ünsiyyətə məcburi olsa belə gir
çoxlu çalış
heçvaxt etmədiyini etmənin əsl vaxtıdır
özünü sev- özünə hədiyyə al, özünü uşaq kimi hiss et, uşaq kimi sevin
əgər sən fərqlisənsə, o demək deyilki, sən heçnə etməməlisən
yaxın dost tap, öz dairəni tap
fərqlənən insanlarla tanış ol
seçim et
insanları sev, təbiəti sev- həyatı sev
Əgər kimsə səni qəbul etmirsə, o demək deyilki, səni heç kəs qəbul etməyəcək. Dünyada 7 milyard insan var. Dost, sevgili, həmfikirlərini mütləq tapacaqsan. Sadəcə, səndən tələb olunan bir şey var: Dur, və BUGÜNDƏN mübarizə apar. Həyat bir mübarizədir:lakin bu mübarizə sevgi üzərində qurulub.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check