saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Gözəl və sağlam saç arzulayanların nəzərinə: bu səhvləri etməyin

ÇapE-poçt

Hər qadın gözəl və sağlam saçlara sahib olmaq arzusundadır. Bunun üçünsə saçlara düzgün qulluq etmək lazımdır.
İlk növbədə saçlarınızın fen aparatı ilə deyil, təbii qurudulmasına üstünlük verin. Fen saç səthinə zərər verir, lakin təbii quruma saç tellərinə zərər vermir. Uzun müddət yaş qaldıqda saç telləri şişir və saçlarınızı bir araya toplayan proteinlərə yüklənir. Bir müddət yaş saxladıqdan sonra aşağı istilikdə qurutmaq saçlarınıza o qədər də zərər verməz.

Kəpək quruluq əlamətidir

Əslində kəpək yağlı dəridə daha çox meydana gəlir. Əgər hər gün yuduğunuz üçün saçlarınızın quruduğunu və kəpəkləndiyini düşünürsünüzsə, təbii şampunlardan istifadə edin.

Saçlarınızı kəsdirin

Saçlar dibdən uzanır. Yəni saçlarınızın ucundan bir az kəsmək onların uzanmasına mane olmaz. Saçlarınızın bütünlüklə sağlam uzanmasını istəyirsinizsə, 12 həftədən bir kəsdirin.

Saçların ağarmasına səbəb

Saçların ağarması daha çox genetika və yaşlanma ilə bağlıdır. Yaşlandıqca saçların təbii rəngini verən melanin daha az istehsal olunur. Stress isə sizin yaşlanmanızı sürətləndirir.

Saçlarınızı yığmayın

Saçlarınızı yığan zaman həddən artıq sıxmanız saç diblərinin gərilməsinə və saçların tökülməsinə səbəb olur. Normal formada yığsanız, heç bir ziyanı olmaz.

Soyuq su ilə yuyun

Ustalar saçları yuduqda son dəfə üzərindən soyuq su axıdırlar. Bu, nahaq yerə deyil. Çünki soyuq su saçların daha düz, parlaq görünməsinə kömək edir. Lakin saç telində hər hansı canlı hüceyrə olmadığı üçün saç telləriniz soyuq, ya da isti suya hər hansı bir reaksiya verməyəcək.

Çox darayın

Saçlarınızı daradığınız zaman saç diblərindəki yağ bütün saçlarınıza yayılır. Lakin çox daradığınız halda qırılmalar və elektriklənmələr qaçılmazdır. Sadəcə lazım olduğu qədər və uclardan başlayaraq yumşaq formada darayın.

Şampununuzu dəyişin

Hər bir şampunun saçlarda fərqli təsiri var. Şampunun təsiri saçların mövcud durumuna görə dəyişiklik göstərə bilər.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check