saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Bu filmlər insanı kökəldir

ÇapE-poçt

Kornell Universitetinin alimləri bəzi janrlarda olan filmlərin insanı kökəltdiyini bildirir.
Bir çox insan istər televizor qarşısında, istərsə də kino zalında film izləyərkən qarğıdalı partlağı, cipsi, yağlı və duzlu biskvitlər yeməyi xoşlayır.
Bu tip qidaların insanı kökəltdiyi illərdən bəri məlumdur. Ancaq yeni aparılan araşdırma izlədiyimiz filmin janrından asılı olaraq bu cür qidalara meylliliyin artıb-azaldığını göstərir.
Elə bu səbəbdən, Kornell Universitetinin alimləri bəzi janrlarda olan filmlərin insanı kökəltdiyini bildirir.
"JAMA Internal Medicine" jurnalında yayımlanan araşdırmada bildirilir ki, macəra və qorxu janrında olan filmləri izləyərkən insanlar daha çox yeyir.
Alimlər bildirir ki, bu cür filmlər izləyərkən insanlar doyduqlarının fərqində olmur və yeməyə davam edirlər.
Komediya və romantik filmlər isə daha az yeməyə səbəb olur.
Mütəxəssislər televiziya qarşısında əyləşəməzdən və ya kino zalına daxil olmazdan öncə bol miqdarda su içməyi və cipsiləri, qarğıdalı partlağını kiçik ölçülü qablarda almağı məsləhət görür.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check