saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Qırılan pudranın bərpası

ÇapE-poçt

Nə qədər kosmetikalarımıza qarşı həssas olsaq da bəzən tələskənlik və ya ani bir diqqətsizlikdən makiyajlarımıza özümüz ziyan verə bilirik. Amma narahat olmuyun. Kosmetik vasitələrin də təmiri mümkündür. Necə? Əgər pudranız qırıldısa onu əvvəlki vəziyyətinə geri qaytara bilərsiniz. Bunun üçün iki çıxış yolu təqdim edirik.
• Pudranız dağıldısa onu bir salafanın içinə töküb un halına gələnə qədər əzin. Daha sonra hər hansı cild nəmləndirici bir kreminizlə qarışdırıb BB krem kimi istifadə edə bilərsiniz.
• Əgər pudranın əvvəlki görünüşünü geri qaytarmaqda qətiyyətlisinizsə o zaman pudranızın üzərinə bir neçə damcı saf spirt əlavə edib qurumasını gözləyin. Pudranın tam səliqəli şəkildə birləşməsi üçün hərtərəfinin hamar olmasına diqqət göstərin. (dərinizdə hər hansısa problem və ya allergiya yoxdursa bu üsuldan istifadə edin)

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check