saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Qurani-Kərimdə adı çəkilən 6 MEYVƏ

ÇapE-poçt

Qurani-Kərim bizlərə doğru yolu göstərən bir kitabdır. Və bu kitabda Rəbbimiz əlbəttə ki, həyatımızın hər sahəsində bizə yol göstərmiş, yaxşılığı və gözəli həmişə əmr edib, pislikdən və pis şeylərdən uzaq dayanmağımızı istəmişdir. Həyat tərzimizdə bəzi meyvələrdən bəhs etmiş və bu qidanı bizlər üçün şəfalı və ləzzətli etmişdir. Bəs hansıdır o meyvələr? Qurani-Kərimdə bəhs edilən 6 meyvəni təqdim edirik.

ZEYTUN

"Ənam", 99: Və göydən (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Beləliklə, onun vasitəsilə (torpağın altından) bütün bitki növlərini (bütün toxumların bitkisini) çıxartdıq. Sonra ondan tumurcuq və yamyaşıl bir gövdə yetişdirdik ki, ondan (da dənli bitkilərin) üst-üstə yığılmış dənləri(ni) çıxardırıq. Xurma ağacının tumurcuğunun bir-birinə yaxın salxımları vardır. Həmçinin üzüm ağaclarından bağlar, (eləcə də) bir-birinə oxşayan və oxşamayan zeytun və nar (ağacları yetişdiririk). Bar verərkən onun meyvəsinə və necə yetişməsinə baxın. Şübhəsiz, onlarda iman gətirən dəstə üçün (Allahın tovhid, qüdrət və hikmətini göstərən) nişanələr vardır.

Zeytun ürək sağlamlığına, qan dövranı sisteminin sağlamlığına yardım etdiyi kimi, arıqlamaq istəyənlərin də köməkçisidir və xərçəngin də qarşısını alır. Eyni zamanda, dəri sağlamlığı və gözəlliyimiz üçün də çox faydalıdır.

BANAN

"Vaqiə", 28-33: Tikansız sidr (ağacı bağları içərisin)də! Meyvələri bir-birinin üstündə oturmuş banan (ağacı). Və uzanan daimi kölgəlik. Və (şəlalələrdən) tökülən su. Və (növ, rəng və xüsusiyyətləri baxımından) firavan meyvələr. Nə tükənəndir, nə də istifadəsi qadağan.

Bananın da sağlamlığımıza bir çox faydası var. Məsələn, böyrəklərə yaxşı təsir edir, bağırsaqlara da faydalıdır, xərçənglə mübarizədə metabolizmə yardımçı olur, həzmə kömək edir, xoraya faydalıdır, dəri sağlamlığına ciddi mənada kömək edir. Bununla yanaşı, tərkibində olan zəngin vitamin və elementlərlə bir çox xəstəliyə qarşı orqanizmi gücləndirir.

NAR

"Rəhman", 68:  O iki cənnətdə (hər növ) meyvə (ağacı), xurma və nar ağac(lar)ı vardır.

Nar tumlarından dənəsinə, qabığından suyuna qədər bir çox xəstəliyə dərmandır. Eyni zamanda, bədəni xəstəliklərə qarşı da bir qalxan kimi qoruyur. Xolesterin və şəkəri tənzimləyən nar, xərçəng hüceyrələrinin inkişafına mane olur və ürək sağlamlığının qorunmasına da kömək edir.

ƏNCİR

"Tin", 1: And olsun əncirə və onun ağacına, zeytuna və onun ağacına (və ya Dəməşqdə və Beytül-Müqəddəsdə olan iki dağa - "Tin" və "Zeytun" dağlarına).

Əncirin tərkibində yüksək miqdarda lif var. Onun bu xüsusiyyəti ürək sağlamlığına ciddi mənada töhfə verir. Əncir eyni zamanda sümük sağlamlığının qorunmasında, həzm sistemində, qanın və yoğun bağırsağın təmizlənməsində də mühüm rol oynayır.

XURMA

"Yasin", 34-35: Və orada xurma və üzüm bağları vücuda gətirdik və müxtəlif bulaqlar qaynatdıq (coşdurduq). Onun meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər (və ya bilsinlər ki, ağacların bitməsi və bar verməsi onların işi deyildir). Belə isə şükür etməzlər?!

Xurma DNT və hüceyrələri yeniləmə xüsusiyyəti olan nadir meyvələrdən biridir. Bədəni təmizləyir, xərçəngə, ürəyə, yaddaşa faydalıdır. Xurmanın diabet və yüksək təzyiqə çox faydası var. Şəkər səviyyəsini normallaşdırır, qan azlığı xəstəliyinə, qara ciyərə də yaxşı faydası var. Gözləri qüvvətləndirir, sümüklərə faydalıdır. Əhval-ruhiyyəni yüksəldir, damar sərtliyi və xolesterini normallaşdırır. Uşaqların inkişafına ciddi töhfəsi var. Həzm sisteminə kömək edir, dəri sağlamlığını qoruyur.

ÜZÜM

"Nəhl", 11: Onun vasitəsi ilə sizin üçün əkin, zeytun, xurma və üzüm ağacları və hər növ meyvə və məhsul bitirir. Doğrudan da bunda (bu yaradılışda) düşünən bir dəstə üçün (Onun tək olmasına və qüdrətinə dair) bir nişanə vardır.

Üzüm miqren, alzeymer kimi xəstəliklərin müalicəsində müsbət effekt verir. Göz sağlamlığını və görmə qabiliyyətini qoruyur. Xolesterini aşağı salmaqla yanaşı, böyrək pozuntularını aradan qaldırır. Astma xəstələrinə də çox kömək edir. Mikrobları öldürür, qəbizliyin qarşısını alır. Dəri sağlamlığına da faydası var. Dərini yumşaldır, cavanlaşdırır.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check