saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Hər gün 1 kasa turp yeyin BİLMƏDİYİNİZ FAYDALARI

ÇapE-poçt

Hər mövsüm süfrələrdə yer ala biləcək turpun yaz, qış və payız turpu olaraq üç növü var. Rənglərinə görə isə qırmızı, qara, ağ turp olur. Tərkibindəki orqanik turşular səbəbindən qəribə dadı var. Bütün turp növləri antioksidan olaraq bilinən flavonoidlərlə zəngindir. Qaraciyər və öd kisəsi baxımından qara turp, antioksidan baxımından isə qırmızı turp yeyin.

Turpun faydaları, zərərləri və nə qədər yeməli olduğunuz barədə məlumatları təqdim edir.

Turpun faydaları nələrdir?

Tərkibindəki antioksidan birləşmələri ilə xərçəngə qarşı qoruyur.

Kükürdlü birləşmələr sayəsində isə öd axınını sürətləndirir.

Qaraciyər sağlamlığını qoruyur.

Öd ifrazı üzərindəki müsbət təsiri ilə həzmi asanlaşdırır.

Sidiyə çıxışı yaxşılaşdırır, köp azaldıcı təsiri vardır.

Az qlisemik indeksli (qan şəkərini yavaş yüksəldən) və yüksək lifli olduğu üçün şəkər xəstələrinin rahatlıqla yeyə biləcəyi tərəvəzdir.

Lif tərkibi çox və fitosterol tərkibli olduğundan qan xolesterolunu azaldıcı təsirə malikdir.

Lif və tərkibindəki qlükosinolat birləşmələri ilə qalın bağırsaq xərçəngi başda olmaqla, xərçəngə qarşı qoruyur.

Az kalorili olduğu üçün pəhriz saxlayanlara da məsləhətdir.

Turpun zəngin tərkibi

10 ədəd kiçik ölçüdə qırmızı turp (1 kasa) yeməklə 12 kalori alır, gündəlik lif ehtiyacınızın 25%-ni qarşılamış olursunuz.

Turp yüksək miqdarda potasium tərkiblidir. Potasium da öz növbəsində ürək əzələsi daxil, bütün əzələlərin düzgün çalışması üçün vacib olan mineraldır. Bədənin yetərli miqdarda potasium qəbul etməsi yüksək təzyiqlə mübarizəni gücləndirir.

Turpun tərkibindəki folat turpu digər tərəvəzlərdən fərqləndirir. Folat bədəndəki ümumi DNT-lərin dəyərləndirilməsində istifadə edilir. 1 kasa turp yemək gündəlik folat ehtiyacınızın 7%-i qarşılayır.

Kalisum mineralının ən yaxşı qaynaqlarından olan turp özəlliklə menopauza dövründə olan qadınlara məsləhət görülür. Həm də sümük əriməsinə qarşı faydası da elmi olaraq təsdiqlənib.

Bundan başqa, turp yarpaqları da turp qədər faydalıdır. Yaxşı kalsium qaynağıdır. İmmunitet sisteminin güclənməsinə dəstək olan C vitamini də turpun tərkibində çoxdur. Gün ərzində 1 kasa turp yemək gündəlik C vitamin ehtiyacınızın 40%-i qarşılayır. Qan xolesterolunun düşməsində təsirli olan fitosterol maddə 100 qram turpda 9 mg miqdarında olur.

Turp yarpağının faydaları

Turp yarpağı beta-karoten, C, E, B6, B9 vitamini (folat) ilə kalsium mineralı baxımından yaxşı bir qaynaqdır. Tərkibindəki beta karoten sayəsində göz və ağciyər sağlamlığının qorunmasında yardımçıdır. Həm də yaşlanmaya da təsir edir. E vitamini sayəsində yaşlanma ilə bağlı hafizənin zəifləməsinə qarşı qoruyur.

Turp yarpaqları necə yeyilir?

Şorbalara əlavə edilərək

İspanaq yeməyi kimi bişirərək

Salatlara əlavə edərək

Turpu çox yeməyin zərərləri

Turp çox yeyilsə, tərkibindəki kükürdlü birləşmələrindən dolayı qaz yaradır.

Bağırsaqlara sürətləndirici təsir edir və ishala səbəb olur.

Turp yüksək səviyyədə oksalat tərkiblidir. Oksalat da, bədəndən dəmir və kalsium kimi dəyərli mineralların atılmasına səbəb olur. Yüksək miqdarda turp yemək mineral itkisinə yol açdığından faydadansa zərər gətirə bilər.

Turpu kimlər az yeməlidir?

Böyrəklərindən kalsium oksalat qumu tökənlər

İshal yaşayan və qaz sancısı çəkənlər

Üzgün bağırsaq sindromu olanlar

Qastriti olanlar bişmiş yeməlidir

Açıq xora yarası olanlar

Qeyd: Sağlamlıq üçün gündə 1 kasa turp salatı yemək bəs edir. Brüssel kələmi, kahı, brokoli kimi tərəvəzlərlə eyni nəsildən olduğu üçün bu tərəvəzləri yediyiniz gün turp yeməyinizə ehtiyac yoxdur.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check