saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Buz qəlibləri dərini necə gözəlləşdirir?

ÇapE-poçt

Buz qəliblərindən dərini gözəlləşdirmək üçün istifadə edildiyini bilirdinizmi?
Makiyajdan öncə üzünüzə sürtün
Dərini əvvəlcədən makiyaja hazırlamaq çox əhəmiyyətlidir. Tonal kremdən əvvəl dəriyə yüngülcə buz sürtsəniz, makiyaj üzünüzdə daha uzun müddət qalar.

Dərini sıxlaşdırır
Buz məsamələri sıxlaşdırır və dərini dartaraq qırışları aradan qaldırır. Bu isə üzü daha təravətli göstərir. Eyni zamanda, qan dövranını tənzimləyir və sızanaq əmələ gəlməsini əngəlləyir.

Şişmiş gözləri rahatlaşdırır
Gecə gec yatmısınızsa, böyük ehtimalla gözləriniz şişib. Şişmiş gözləri rahatlaşdırmaq üçün buz qəlibinin içinə yaşıl çay qoyun və dondurun. Sonra bu yaşıl çay buzlarını yavaşca gözlərinizin altına sürtün.

Qırmızı ləkələri azaldır
Üzünüzdən sızanaq çıxacağını hiss edirsinizsə, qızaran yerə dərhal buz sürtün. Buz, eyni zamanda, sızanaq izlərini də azaldır.

Qaşlarınızı almadan əvvəl keyləşdirir
Buzu qaşların alındığı hissələrə sürtün və bir az gözləyin. Yüngül uyuşma başlayanda qaşların alınmasına başlaya bilərsiniz. Özünüz də görəcəksiniz ki, ağrı daha az hiss olunacaq.

Günəş yanıqlarını rahatlaşdırır
Günəş yanıqlarının səbəb olduğu ağrını yüngülləşdirmək üçün bir az su ilə bir qədər əzvay bitkisinin yarpaqlarından əldə edilən geli buz qəlibinə tökün və dondurun. Sonra buz qəliblərini bədəninizə sürtün.

Dərinizə sağlam parıltı verir
İçinə su qatılmış portağal şirəsini buz qəlibinə töküb dondurun. Həmin buz parçaları ilə üzünüzü 1 dəqiqəyə qədər masaj edin. Bu qarışıq həm üzü təmizləyir, həm də dəriyə sağlam parıltı verir

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check