saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Saçınıza mayonezlə qulluq edin - MASKA

ÇapE-poçt

Saçlara qulluq zamanı mayonezin fərqli istifadə qaydalarını təqdim edir.

Mayonezi birbaşa saçlarınıza sürtüb yarım saat gözləyin və ya saç dibinə, korlanmanın dərəcəsinə görə yumurta, zeytun yağı kimi ərzaqlarla qarışdıraraq sürtə bilərsiniz.



Mayonezlə saç maskaları saçınızın vəziyyətinə görə həftədə 1, ya da ayda 1 dəfə edilir. Saçınız çox qurudursa və boyadan korlanıbsa, 3-4 həftə boyunca 1 dəfə mayonez maskası edin.

Saçınızın uzunluğuna görə 3-4 çay qaşığı mayonezi, 1 yumurta, 1-2 yemək qaşığı zeytun yağı götürün. Zeytun yağı yerinə badam, jojoba, hind qozu yağı da ola bilər. Heç  birini tapa bilməmisinizsə, "Johnson baby" yağı istifadə edə bilərsiniz.

Mayonez və yumurtanı soyuducudan çıxarıb əvvəlcə otaq istiliyində bir az saxlayın. Yumurtayla mayonezi qarışdırarkən az-az zeytun yağı əlavə edin. Saçlarınız çox qurudursa, zeytun yağını bir az çox əlavə edin. Qarışım hazır olduqdan sonra saçlarınızı isladın və artıq suyu dəsmalla silin. Saçınızın hər bölgəsinə maskanı çəkin. Barmaqlarla saç diblərinə masaj edərək maskanı dəriyə yedirin. 10 dəqiqəlik masaj bəs edər. Maskanın geri qalanını bütün saça sürtün, xüsusən də qırılmış saç uclarına. Maskanı yaxşı sürtdükdən sonra saçlarınıza sellofan duş papağı taxın. Mayonez maskasını saçda ən azı 1 saat, daha yaxşı effekt göstərməsi üçün isə 2 saat saxlamaq lazımdır. Bundan sonra saçlarınızı ilıq su ilə yuyun. Eyni gün saçlarınızı şampunlamamanız, elə sadəcə ilıq su ilə yumanız tövsiyə olunur. Onda effekti daha yaxşı olur.

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check