saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Tez arıqlamağın sirri

ÇapE-poçt

Köklük tək kosmetik qüsur deyil. Artıq çəki müxtəlif və çox ciddi xəstəliklərinin əsas risk faktorudur.

Şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri, qaraciyər xəstəlikləri, hətta xərçəng - bütün bunların əsas səbəblərindən biri artıq çəki sayılır.

Bu səbəbdən artıq çəkisi olan insanlar üçün arıqlamaq həyati vacib olan məsələdir.

 

Son zamanlar bir çox həkimlər arıqlamaq istəyən insanlara bu kimi sadə tövsiyə edirlər.

Gün ərzində 5-6 dəfə 1 stəkan (təxminən 200-250 qr) həcmində qida qəbul edin. Əvvəllər qidanı stəkana, sonra boşqaba çəkin. Daha sonra siz bunu gözəyarı edə biləcəksiniz.

Bu qaydadan tək arıqlamaq istəyən insanlar deyil, sağlamlığını qorumaq və bədən çəkisinin artmasının qarşısını almaq istəyən insanlar istifadə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, qidalanma təbii və sağlam olmalıdır - yağsız bişmiş ət, balıq, bol tərəvəzlər, sıyıqlar, süd məhsulları və s.

Yeməkləri asta-asta və çox çeynəmk lazımdır - hər tikəni 15-20 dəfə.

Son qida qəbulu 19.00-da olmalıdır. Yatmazdan əvvəl 1 stəkan kefir və ya 1 turş alma qəbul edə bilərsiniz.

Şirniyyatlar, ağ çörək, şirin qazlı içkilər qidalanmadan çıxarılmalıdır.

Gün ərzində 2 l təmiz su için (dükanlarda butulkalarda satılan suya üstünlük verin) və idmanla məşğul olun. Bu qaydalara əməl etdikdə siz tez və ən əsası sağlam şəkildə arıqlaya biləcəksiniz.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check