saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Beynin fəaliyyətini və öyrənmə qabiliyyətini yaxşılaşdıran unikal bitki

ÇapE-poçt

Bu bitkinin geniş müalicəvi xüsusiyyətləri bütün dünyada təsdiq olunub.Ginko biloba dünyanın ən qədim ağacı sayılır.

Bu bitkinin müalicəvi xüsusiyyətləri qədim zamanlardan məlumdur. Qədim əlyazmalarda bitkinin təsviri və müalicəvi xüsusiyyətləri haqqında məlumatlar var.

Bu ağacın yarpaqları unukal kimyəvi tərkibə malikdir. Onların tərkibində 40-dan artıq bioloji aktiv maddələr var. Bu maddələrdən bəziləri yalnız bu ağacda tapılıb.

Elmə sübut olunub ki, ginko biloba beyin qan dövranını yaxşılaşdırır və beyin damarlarında trombların əmələ gəlməsinin qarşısını alır. Beyin qan dövranı yaxşıladıqda beyinin fəaliyyəti də yaxşılaşır.

Müxtəlif illərdə Amerikada, Avropada, Yaponiyada keçirilmiş geniş araşdırmalar göstərib ki, ginko biloba yaddaşı, diqqəti, təfəkkürü xeyli yaxşılaşdırır.

Sübut olunub ki, ginko biloba məktəbli uşaqlarda və tələbələrdə öyrənmə qabiliyyətini yaxşılaşdırır.

Əqli fəaliyyəti ilə məşğul olan, imtahanlara hazırlaşan, savad alan insanlar üçün bu bitki əsl tapıntıdır.

Bundan əlavə beynin fəaliyyətini, eşitməni və görməni yaxşılaşdıran, beynin qocalmasını ləngidən ginko biloba yaşlı insanlar üçün də çox faydalıdır.

Bu unikal xüsusiyyətlərə görə bitkinin əsasında hazırlanmış preparatlar müxtəlif məqsədlərlə, demək olar bütün dünyada həkimlər tərəfindən tez-tez təyin olunur. Ginko biloba əsasında yüzlərlə preparatlar buraxılır.

Unikal bitkinin digər faydalı xüsusiyyətləri arasında:

- miqren xəstəliyi zamanı çox effektlidir,

- klimaksın xoşagəlməz simptomlarını azaldır,

- insult və infarkt kimi ağır pozulmalarının profilaktikası üçün istifadə olunur,

- immun sisteminə müsbət təsir edir,

- xroniki yorğunluq, depressiya, streslə mübarizədə kömək edir,

- ödemləri azaldır,

- qocalmanı ləngidir,

- insanı daha enerjili edir,

- qanı duruldur, trombozun qarşısını alır,

- kosmetologiyada çox geniş istifadə olunur.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check