saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Bananlı dondurma

ÇapE-poçt

 

Yay fəslinin əvəzolunmaz ləzzəti olan dondurmanın bu gün ən asan reseptini sizinlə bölüşəcəyik. Bu dondurmanı hazırlamaq üçün 2 dəqiqə vaxtınız və 2 ədəd banan lazımdır. Evdar.az cəmi 2 dəqiqəyə hazırlaya biləcəyiniz bananlı dondurmanın reseptini təqdim edir

 

Tərkibi:

  • 2 ədəd banan (əvvəlcədən dilimləyib dondurucuya yerləşdirin)
  • 1 xörək qaşığı kakao
  • 2 xörək qaşığı süd

Hazırlanma qaydası:

İlk öncə 2 ədəd bananın qabığını soyub dilimləyin. Bir qaba dilimlənmiş bananları qoyub soyuducunun dondurucu rəfinə yerləşdirin. Blenderin qabına dondurulmuş banan, kakao və südü əlavə edib blenderlə yaxşıca qarışdırın. Dondurmanız hazırdır.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check