Reqsanenin qizi anasi haqqinda ne dedi?
Namazova Aysun Yaşar qızı – 13 yaşı var. Əsl adı Ayşədir. Amma xalası onu «Aysun» çağırdığından adı eləcə də qalıb. Məktəbdə hamının «Ayşə» deyə çağırdığı Aysun şəxsiyyət vəsiqəsi alan kimi xalasının arzusunu rəsmiləşdirmək fikrindədir. Gələcəkdə həkim olmaq istəyən Aysun özünü qısaca xarakterizə edir: ürəyiaçıq, xoşxasiyyətli, tərbiyəli, böyük-kiçik yeri bilən insanam. Özünü daxilən 18 yaşlı qız kimi hiss edən Aysun Rəqsanənin qızı olması ilə fəxr edir. «Amma bu o demək deyil ki, mən fərqliyəm. Özümü həmişə adi, sıravi bir adam kimi hiss etmişəm» deyir.
Aysunun dedikləri• Mənim Aysun kimi böyüməyimdə anamın rolu əvəzsizdir. O, çox mülayim, eyni zamanda da zəhmli və tələbkar anadır.
• Anam mənim rəfiqəmdir, hər sözümü ona deyirəm.
• Anam mənə istədiyim qədər vaxt ayırmır. Bu da məni əsəbiləşdirir. İllərdən bəri birinci dəfə idi ki, bu Yeni ili anam mənimlə keçirtdi. Sənəti onu məndən alıb.
• Hərdən mən də anama məsləhət verirəm. Xahiş edirəm ki, açıq-saçıq geyinməsin. Yəqin siz də fikir vermisiz, axır vaxtlar anam mənim xahişimə əməl edir. Mən özüm də açıq geyinməyi sevmirəm. Çünki kənardan baxan o qədər də yaxşı qarşılamır. Amma hərdən fikirləşirəm ki, insanın açıq deyinməyi ilə deyil ki, əsas odur ki, insan Allahla olsun.
• Mənə anamın açıq-saçıq şəkillərini göstərəndə dedim ki, nə olsun ki? O bir səhv idi və bunu hər bir müğənni edə bilər. Əsas odur ki, anam özü də o şəkilləri səhv kimi qiymətləndirdi.
• Hərdən fikirləşirəm ki, kaş anam müğənni olmayaydı. Onda bu qədər diqqət çəkməzdi.
• Ailəmizin başına gələn işlərdən hamının xəbəri var. O çətin ərəfədə dərslərə getmədim. Sonra məktəbə gedən kimi yuxarı sinfin oğlanları mənə atmacalar atmağa, lazımsız sözlər deməyə başladılar. Başa düşmürdüm: mənim nə günahım vardı? O məktəbdən çıxdım. İndi 83 saylı məktəbdə oxuyuram. Orada xətrimi çox istəyirlər.
• Mən tay-tuşlarımdan çox fərqliyəm. Qızlar var ki, saatlarla telefonla danışır, kiməsə sms yazır, mənsə bunu sevmirəm. Mənim heç mobil telefonum da yoxdur. Anam almır. Deyir, pis zəmanədir, telefon insanı dəyişir.
Həmişə fikirləşmişəm ki, uşaqlar valideynlərinin günahını çəkməli deyillər. Amma mən çəkmişəm.
• Bilirsiz nəyin peşmançılığını çəkirəm? Həmişə ona təəssüflənirəm ki, kaş mənim atam başqa cür olaydı. Arada atalı uşaqları görürdüm, mənim də ürəyim atamı istəyirdi. Böyüdükcə onu görmək arzusu mənə elə güc gəlirdi ki… Axı mən onu heç xatırlamıram. Valideynlərim ayrılanda 3 yaşım vardı. Atamın siması yadımda da deyil. Bu yaxınların söhbətidir. Onu o qədər arzuladım ki, nömrəsini tapıb zəng etdim. Səsimi eşidən kimi dedi ki, niyə zəng vurmusan? Mənim ailəmi dağıtmaq istəyirsən? Daha başa düşmədi ki, mən artıq böyümüşəm, ona indi daha çox ehtiyacım var. Dəstəyi qoydum, o qədər ağladım ki… Mən həyatımda ilk və son dəfə ağladım. Çünki anam qadınlığı ilə heç vaxt qoymamışdı ki, mən göz yaşı axıdım.
• Mənə elə gəlir ki, mən anamın qızı yox, əkiz bacısıyam. Çünki anam əməliyyat olunanda mən də özümdə o ağrıları hiss edirəm. Anamı hirsləndirmək istəyirsizsə, bircə söz deyin: bəsdir, əməliyyat etdirdin.
• Anam məni heç vaxt vurmayıb. Sadəcə, başa salıb.
• Bizim evdə çox adam yaşayır. Arada mənim də hirsləndiyim məqamlar olur. Bir dəfə nənəmin üstünə qışqırdım, sonra elə peşman oldum ki, gedib üzr istədim. Nənəm çox gözəl yeməklər bişirir, yaman qoçaqdır. Bəzən elə olur ki, bir gündə 30 nəfərin xörəyini hazırlayır.
• Mən çox xoşbəxtəm ki, bacım var. Baxmayaraq ki, UZİ-də anama oğlan olacağını demişdilər. Anama zarafatla deyirdim ki, oğlan olsa, onu yastıqla boğacam. Amma hərdən düşünürəm ki, kaş mən özüm oğlan olaydım.
• Çox istəyirəm ki, anam istədiyi insanla ailə qursun. Onu istəyənlər çox olub, nəsə anam razılıq verməyib. Heç mən də razı deyildim. Bu yaxınlarda da Əkbər söhbəti çıxdı. Çox mərifətli, tərbiyəli insandır. Əkbərin xətrini bir qardaş kimi çox istəyirəm. Bax, onun atam olmağını istərdim.
Rəqsanənin sirləri
Rəqsanə qətiyyən xörək bişirə bilmir.
Küftə-bozbaşa nifrət edir.
Şirniyyatla arası yoxdur.
Üzə bilmir.
Loto oynamağı sevir.
Rəqsanə məktəbə valideyn iclaslarına gedir.
Rəqsanənin evindən tez-tez pulu və qızılları yoxa çıxır.
< Əvvəlki |
---|
14.01.11 17:59 ərzində olan dəyişikliklər Yazan elnar 06.01.11 15:32