saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Ayaz öz verilişi haqqında

ÇapE-poçt

"İnanıram ki, gördüyünüz hər bir iş kimi bu da uğurlu olacaq"

Ayaz

Ötən il dünya evinə qədəm basan Ayazın bir neçə aydır ki, sənətində durğunluq var idi.

Yeni mövsüm başlar-başlamaz isə Ayazın yenilikləri bitib-tükənmir.

Artıq “Lider” televiziyasında aparıcı qismində efirə çıxıram. Bu təklifi həm mənə, həm də televiziyaya eyni kanalda yayımlanan “Qızıl pillə” verilişinin rejissoru Zema xanım və Lamiyə Pektaş etdi. Zema xanımın dediyini görə, mənim bu işin öhdəsindən gələcəyimə kimsə inanmayıb. Zema xanımım özü isə mənim haqqımda çox iddialı danışıb. Həm də televiziya üçün ən önəmlisi mənim heç bir həmkarımla problemimin olmamasıdır. Hal-hazırda da mənim ən yaxın dəstəkçim də Zema xanımdır, zəng edib məni yuxudan oyadan da. Televiziyanın bu təklifini dəyərləndirməyimin əsas səbəbi isə bu sahənin mənim üçün yeni və fərqli bir sahə olmasıdır. El şənliklərində aparıcılıq çox etmişəm, amma düşünürəm ki, televiziya tamam fərqlidir. Əslində, mən hələ uşaqlıqdan aparıcı olmaarzusunda olmuşam. Həmişə “Həm ziyarət, həm ticarət” filminə baxıb, Mustafanın aynanın qarşısında məşq etdiyi kimi, mən də məşqlər edirdim. Arzuma çatsam da, ən çətini odur ki, bütün günü “Solo” verilişinin redaktoru Orxanın səsi qulağımdan getmir. İnanıram ki, iş birliyimiz uğurlu olacaq və uzun müddət davam edəcək.


Hətta ola bilsin ki, elə bu komanda ilə öz müəllif proqramımı da hazırladıq. Onu da qeyd edim ki, artıq bir neçə gündür efirə çıxıram və bu günlərdə verlişimiz canlı yayıma keçəcək. İlk efir günümdən sonra o qədər zənglər, təbriklər gəldi ki. Bunlar içərisində Murad Arif də vardı. Onu da deyim ki, Murad televiziyadan dostcasına, öz istəyilə ayrılıb.
Qaldı ki, müğənniliyimə, oktyabr ayına 3-cü albomun işıq üzü görməsi planlaşdırılır. Bu yaxınlarda Türkiyədən qayıtmışam. İstanbuldan mənə təklif gəlib. Şərtləri belədir ki, əvvəlcə mən onlara 2 mahnı təklif etməliyəm. Bu mahnılar yerli bəstəkarlarımız Elçin Cəfərov və Murad Arifdəndir. Oranjimanı Ozan Doğulu və İskəndər Paydaş edəcək. Bu işin maliyyə tərəfi mənə aid olacaq. Təqribi 15-20 min civarında nəzərdə tutulub. Bunu da etməyimə səbəb var. Onların şərtlərində belə bir şey var ki, ilk addımı mən atmalıyam. Sonrakı işlərin maliyyəsi onlara aid olacaq. Verdiyi vədlərə isə mənim Türkiyədə Azəri sənətçisi kimi tanınmağımda daxildir. Bu işlərimi isə Production olaraq Özcan Dənizin qardaşı Ercan Dəniz görəcək, Azərbaycandan isə onlara bu təklifi edən Kemal Cenk İçtəndir.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check