saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

RƏQQASƏ OKSANA NİŞANINI QAYTARDI

ÇapE-poçt

Oksana Rəsulovanın bu günlərdə nişanlısı ilə münasibətləri pozulub və o, nişanını qaytarıb.



Oksana təsdiqləyib və səbəbləri barədə bəzi açıqlamalar da verib: "Bəli, təəssüf ki, belədir və nişanın pozulmasını etiraf etmək məcburiyyətindəyəm. Bu hadisə həqiqətən də mənim həyatımda böyük problemə yol açdı. Bunu gizli saxlamağa çalışırdım. Amma böyük depressiya yaşadığımı demək istəyirəm. Bu, mənə böyük zərbə oldu. Hadisədən bir qədər keçməsinə baxmayaraq, hələ də özümü toparlaya bilməmişəm. Hələ də depressiyanın təsiri altındayam" - deyə Oksana bildirib.

Rəqqasə deyir ki, nişanının pozulmasına səbəb həm barəsində gəzən əsassız şaiyələr oldu, həm də özünə yaxın olan, dost hesab etdiyi birisi.

"O adam, mənim hər zaman dostluğuna inandığım insanlardar biridir. Amma o, mənə elə bir zərbə vurdu ki, təsiri altından çıxa bilmək böyük məharət istəyir. Həmin adam şou-biznesdədir. Mən hələ də onun belə namərdliyinə inana bilmirəm" - deyə rəqqasə gözlənilməz açıqlama verdi.

Oksananın sözlərinə görə, nişanlısının ailəsi tərəfindən isə problemlə qarşılaşmayıb.

Oksana Rəsulovanın şəxsi həyatı və nişanlısından ayrılmasının səbəbləri barədə daha ətraflı açıqlamalarını sabah portalımızda rəqqasənin geniş müsahibəsində oxuya bilərsiniz.

 

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check