saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Rəqsanənin başında şiş tapılıb

ÇapE-poçt

Son zamanlar məşhur və qalmaqallı müğənni Rəqsanə İsmayılova həyatının “qara zolağını” yaşayır. Ardı-ardınca ağır qəzalar keçirdən müğənni indi də öləcəyini düşünür. 7 ildir başında inkişaf edən şişdən xəbərsiz olan Rəqsanə xərçəng xəstəliyinə tutulduğunu deyir.

Arıqlayıb 42 kilo qalan sənətçi həyatdan ümidini belə üzüb. O, qardaş ölkə Türkiyədə əməliyyata yollansa da, bunun ona kömək olmayacağını düşünür. Müğənni keçirdiyi avtomobil qəzasından sonra başındakı şişin tərpəndiyini və buna görə də bərkiməyə başladığını və bunun da yaxşı əlamət olmadığını söyləyib. Türkiyədə əməliyyat olunacağını və 20 gün orda qalacağını bildirən müğənni ümidini itirsə də qızları üçün hər şeyə qatlanmaq məcburiyyətində olduğunu bildirib. Biz də Allahdan şəfa verməsini və kömək etməsini diləyirik.

 

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check