saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Eurovision 2011-də ölkəmizin təmsilçisi seçildi.

ÇapE-poçt

Ölkəmizi beynəlxalq müsabiqədə Eldar Qasımov-Nigar Camal dueti təmsil edəcək.

Akademik Milli Dram Teatrında İTV-nin canlı yayımı ilə "Eurovision-2011"in milli seçim turu çərçivəsində final gecəsi keçirildi. Azərbaycanı "Eurovision-2011" mahnı müsabiqəsində təmsil etmək üçün beş finalçı - Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova çıxış edib öz imkanlarını göstərdilər. İfaçıların hər biri 4 mahnıdan ibarət xüsusi repertuarla çıxış etdilər. Bir dəfə Azərbaycan, üç dəfə ingilis dilində mahnılar səsləndirdilər.
Finalçıların çıxışları başa çatdıqdan sonra münsiflər heyətinin üzvləri qalibi müəyyən etmək üçün məşvərətə getdilər. Münsiflərin qərarı tamaşaçıları və finalçıları xeyli intizarda saxladı. Fasilə dövründə müxtəlif ölkələrin "Eurovision" təmsilçilərinin klipləri yayımlandı. Nəhayət, uzun sürən məsləhətləşmələrdən sonra Azərbaycanı "Eurovision - 2011"də təmsil edəcək nümayəndənin adı açıqlandı - Eldar Qasımov və Nigar Camal!

Eldar Qasımov 1989-cu ildə Bakıda anadan olub. 1995-2006-cı illərdə 160 saylı məktəbdə oxuyub. 2001-2005-ci illərdə 2 saylı musiqi məktəbində fortepiano sinfində musiqi təhsili alıb. 2008-ci ildə Almaniyada olarkən vokal dərsləri alıb. Almanca sərbəst danışır. 2006-2010- cı ildə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil alıb. Hazırda həmin universitetin magistratura pilləsində təhsilini davam etdirir. Çox kiçik yaşlarından mahnı oxumağa başlayıb, Azərbaycan və Rusiyanın müxtəlif şəhərlərində təşkil olunmuş konsert proqramlarında iştirak edib.

Nigar Camal - 1980-ci ildə Bakıda doğulub. 1985-1986-cı illərdə uşaq ansamblının solisti olub. 1988-1995-ci illərdə musiqi məktəbində təhsil aldığı müddətdə bir neçə mahnı da bəstələyib. 1996-cı ildə “Pöhrə” musiqi yarışmasında diplomla təltif olunub. 2005-ci ildən Londonda yaşayır. RnB, Soul, Pop janrlarında mahnılar ifa edir. "Eurovision-2011" mahnı müsabiqəsi bu ilin may ayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək. Təmsilçilərimizə bu müsabiqədə uğurlar və ölkəmizə birincilik qazandırmalarını arzu edirik!

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check