saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Yeganənin oğlu oldu.

ÇapE-poçt

Azərbaycanın populyar müğənnisi ana oldu

Yeganənin oğlu oldu.Fevralın 26-da Türkiyənin xəstəxanalarının birində azərbaycanlı müğənni Yeganə ilk övladını dünyaya gətirib. Vaxtından bir az əvvəl, 8 aylıq doğulan uşağın çəkisi 2 kq 800 qramdır. Bu gün xəstəxanadan evə buraxılacaq ana və körpənin özlərini yaxşı hiss etdikləri deyilir.
«Ana olduğum üçün özümü dünyanın ən bəxtəvər qadını hesab edirəm. Bu xoşbəxtliyi bütün qadınların yaşamısın arzu edirəm. Hamiləliyimi bir qədər ağır keçirsəm də, nəticə yaxcşı oldu. Həm də bu hissləri yaşamağa dəyərdi. Həyat yoldaşım Fateh sevincindən nə edəcəyini bilmir. Palatanın qapısına Ömər adını yazdırıb» - deyən müğənni hisslərini bu cür bölüşüb.Müğənni hələ üç ay Türkiyədə ailəsinin yanında qalacaq. Uşaq bir az böyüyəndən sonra Bakıya gələcəyini deyib.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check