saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Oskar mükafatları paylandı

ÇapE-poçt

ABŞ-ın Los-Anceles şəhərində 83-cü "Oskar" mərasimi başa çatıb.

Amerika Kino Akademiyasının fikrincə, "Kral danışır!" filmi ilin ən yaxşı filmidir.
Əsas mükafat uğrunda "Qara qu quşu", "Döyüşçü", "Uşaqlar qaydasındadır", "127 saat", "Oyuncaqlar əhvalatı 3", "Dəmir tutum", "Qış sümüyü", "Başlanğıc" və "Sosial şəbəkə" filmləri də mübarizə aparırdılar. 1943-cü ildən bəri ikici dəfədir ki, "Oskar" mükafatları arasında ən əsasına 5 yox, 10 film nominant idi. "Kral danışır!" filminin rejissoru Tom Huper "Ən yaxşı rejissor" nominasiyasında "Oskar" alıb. Filmdə baş rol almış Kolin Fert "Ən yaxşı aktyor" nominasiyasının qalibi olub. Kəkələmə ilə mübarizə aparmış Britaniya kralı VI Georq barədə çəkilmiş film 12 nominasiyada "Oskar"a namizəd olsa da, 4 nominasiyada qalib olub. Film "Ən orijinal ssenari" nominasiyasında da qalib gəlib. "Ən yaxşı əcnəbi film" nominasiyasında qalib danimarkalı redissor Syuzann Birin "Qisas"ı olub. "Ən yaxşı qadın rolu" nominasiyasında "Oskar"a "Qara qu quşu" filmindəki roluna görə Natali Portman layiq bilinib. "Sosial şəbəkə" filminin musiqisinin bəstəkarları Trent Reznor və Attikus Ross "Ən yaxşı saundtrek"ə görə "Oskar" alıblar. "Ən yaxşı ssenari" nominasiyasının qalibləri "Kral danışır!" və "Sosial şəbəkə" filmləri olublar. "Kral danışır!"ın ssenari müaəllifi Devid Seydler karyerasında ilk "Oskar"a yiyələnib. İlin ən yaxşı multfilminə gəldikdə isə, 2010-cu ilin nəticələrinə görə "Oyuncaqlar əhvalatı. Böyük qaçış" bütün rəqiblərir qabaqlayıb. Multfilmin yaradıcısı Li Uinkrik də ilk dəfədir ki, "Oskar" alır. "İkinci planda ən yaxşı qadın rolu" nominasiyasında mükafatı "Oskar"a iki dəfə namizəd olan, yalnız bu dəfə sevinən Melissa Leo ("Döyüşçü") alıb. "İkinci planda ən yaxşı kişi rolu"nda qalib "Döyüşçü" filmindəki roluna görə Kristian Beyl olub. Bədii tərtibat və dekorasiyaların keyfiyyətinə görə "Oskar" "Alisa möcüzələr diyarında" filmi alıb. Həmin film kostyumların dizaynına görə də "Oskar"a yiyələnib. "Ən yaxşı orijinal mahnı" mükafatı "Oyuncaqlar əhvalatı"ndan "We Belong Together" mahnısına verilib. "Ən yaxşı sənədli film" nominasiyasının qalibi isə Çarlz Ferqüsson və Odri Marrsın "Daxili iş" lentidir. Bildirək ki, "Oskar"ın təqdimat mərasiminin aparıcıları 33 yaşlı Ceyms Franko və 28 yaşlı Enn Heteuey idilər.

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check