saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

ELDAR və NİGAR Eurovision 2011-də qalib gəldi.

ÇapE-poçt

ELDAR və NİGAR Eurovision 2011-də qalib gəldi.

Gələn il nüfuzlu mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək.
“Biz dediyimizi etdik və qələbə ilə Azərbaycana qayıdırıq. Sevincimizin həddi-hüdudu yoxdur. Azərbaycanda hər birinizi görməkdən məmnun olacağıq və hər birinizi Azərbaycan dəvət edirik”. 
APA-nın məlumatına görə, bu sözləri 56-cı “Eurovision” müsabiqəsinin qalibləri Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal qalibiyyətdən sonra “Esprit Arena”da keçirilən mətbuat konfransında bildiriblər.

Eldar Qasımov və Nigar Camal əllərində qalibiyyət triumfu olan xrustaldan hazırlanmış “Eurovision”un qalib mikrofonu ilə salona daxil olublar. Təmsilçilərimiz bütün Avropa mediası tərəfindən ajiotajla qarşılanıb və çoxsaylı suallarını cavablandırıblar: “Bu dəstəyə görə Azərbaycan xalqına çox böyük təşəkkür edirik. Bu dəstəyi bütünlüklə hiss etdik. Azərbaycan dörd illik təmsilçiliyi dövründə hər zaman yüksək pillələr qazanıb və birincilik bizim adımızla bağlıdır. Bu halda bizi çox sevindirir. İndi bilirik ki, Azərbaycanda çox böyük ajiotaj və sevinc var, şəhərimizdə nələrin baş verdiyini təsəvvür edirik”. Mətbuat konfransında Eldar və Nigar Avropa mediası qarşısında Müslim Maqomayevin ifası ilə bütün dünyaya səs salan “Ey, əziz anam Azərbaycan” mahnısını ifa ediblər.
Qalibiyyətdən sonra Türkiyə bayrağı ilə səhnəyə çıxan Azərbaycan təmsilçiləri, bu qalibiyyətin bütün türk dünyasına məxsus olduğunu deyiblər.
Hələ telefon vasitəsi ilə heç kiminlə qələbə sevincini bölüşmədiyini deyən Eldar Qasımov, bunu telefonunun yanında olmaması ilə əlaqələndirib: “Əgər telefon yanımda olsaydı ilk əvvəl anamı təbrik etmək istərdim. Mən buradan bütün Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan gözləyin qalibiyyətimizi gətiririk”...
Çoxsaylı sualları cavablandıran 56-cı “Eurovision” müsabiqənin qalibi Eldar Qasımov və Nigar Camal gələcək planlarından da danışıblar. Onlar bildiriblər ki, gələcək üçün həm duet, həm də solo ifaları olacaq: “Bizim üçün hər şey bu gündən başlayır. Bu möhtəşəm və təsəvvür edilməyəcək bir hissdir”.
Gələn il Azərbaycanı bu müsabiqədə kimin təmsil etməsi ilə bağlı suala isə Nigar Camal “mənim qızım təmsil edəcək” deyib.

Dim lights

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check