saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Faydalı məsləhətlər

ÇapE-poçt

Faydalı məsləhətlər

Əlinizdən sarımsaq və ya soğan soyduqdan sonra gələn qoxunu aparmaq istəsəz,
diş məcununu bütün əlinizə çəkib 5-10 dəqiqə gözlədikdən sonra yuyun !

Əgər paltarınıza saqqız yapışıbsa, o hissəni neft ilə isladıb ovxalayın!

Yeni ayaqqabılarınız ayağınızı vurursa, içərisinə spirtlə və ya su ilə isladılmış
əskilər doldurun. Və elə edin ki, kip halda olsun, yəni olduqca çox olsun içərisində nəm əski!

Ağzınızda xoşagəlməz qoxu olduqda mixək və ya quru çay çeynəyib, ağzınızı yaxalayın!

Əgər gümüş əşyalarınız qaralıbsa, çay sodasına su əlavə edib
gümüşlərinizi də içərisinə qoyun. Bir qədər saxladıqdan sonra yuyun!

Əgər dişlərinizin bəm-bəyaz olmasını istəyirsinizsə, “misvaq” ilə sürtün.

Əgər tez və rahat yuxuya getmək istəyirsinizsə, yatmazdan 30dəqiqə əvvəl telefon,
kompyuter, televizordan uzaq olun!
(Yatmazdan əvvəl ayaqlarınızı ilıq suda vanna etmək də rahatlıq gətirər)

Saçlarınız təravətini itirdiyi zaman, xınadan istifadə etməkdə fayda var!

Əgər kompyuterdən çox istifadə edirsinizsə tez-tez çimin. Və hər gecə süd için.
(Ağartı məhsullarına qida rasionunuzda üstünlük verin)!

Əgər gün ərzində ovqatınızın yaxşı olmasını istəyirsinizsə, yuxudan oyanan kimi
pəncərəni açıb burnunuzla 7-dəfə təmiz havanı içinizə
çəkərək ağzınızla buraxın. Və sizə xoş olan halları xatırlayın!

Əgər sağlam və gümrah olmaq istəyirsinizsə hər gün ən az
8-stəkan su için. Tərəvər, meyvə, təbii şirələr qəbul edin!

Əgər bədəninizdə hansısa nahiyyəni əzibsinizsə, qızartının və
göyərtinin qarşısını almaq üçün duzlu suda isladılış tənziflə kompres edin!

Əgər gümüşünüzün əsl olduğunu bilmek istəsəniz, ən əsas da üzüyünüzün.
O zaman üzüyün ovucunuza düşən hissesini kardon
parçasına çəkin. Əgər əsl gümüş olsa, qara qələm kimkardonda iz salacaq.

Qızılarınızı xalçaya sürtdüyünüz zaman temizlənər və parıldayar.

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check