saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Azərbaycanlı model türk aktyor ilə evləndi

ÇapE-poçt

Azərbaycanlı model türk aktyor ilə evləndi

Məşhur türk aktyor Tolqa Karel İzmitdə azərbaycanlı model Günay Musayeva ilə evlənib. Bəylə gəlinin nikahını Kocaeli şəhər bələdiyyə başqanı İbrahim Karaosmanoğlu kəsib.

Hamının yarpaq tökümü serialından mənfi xarakter Oğuz olaraq tanıdığı Tolqa Karel Bolqarıstanda keçirilmiş "Best Model of the World" gözəllik müsabiqəsində II yeri tutmuş azərbaycanlı Günay Musayevaya ilk baxışdan aşiq olduğunu deyib. TRT telekanalının çəkdiyi və Osmanlı Səltənətinin "Lalə Dövrü"ndən bəhs edən Gümüş lale serialında rol almış Tolqa Karel daha sonra bildirib ki, serialın İzmitdə aparılan çəkilişi zamanı Kocaeli bələdiyyəsinin başqanı Karaosmanoğluna "Evlənsəm, nikahımı qıyarsınız?" soruşduğunu da söyləyib.
Dünən İzmitdəki "Seka Park" oteldə gerçəkləşən nikah mərasimində Tolqa Karel deyib: "Aşiq olduğum qadınla evləndim. Həyatımın ən bəxtəvər günüdür". Tolqa Karelin şahidliyini Ezel Akay edib.
Bəylə gəlin nikahdan sonra İstanbula yollanıblar.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check