saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Çağatay Ulusoy və Gizem Karaca nəyə görə göz altına alındı?

ÇapE-poçt

Çağatay Ulusoy və Gizem Karaca nəyə görə göz altına alındı?

İstanbul polisinin narkotik maddələr satışı ilə məşğul olan cinayətkar qruplaşmalara qarşı həyata keçirdiyi yeni əməliyyatda 38 nəfər tutulmuşdu. Tutulanlar arasında Cenk Eren, Çağatay Ulusoy və Cemal Hünalla yanaşı, supermodel Gizem Karaca, DJ Nuri Kösem, aktyorlar Ergün Taş, Selen Katırcıoğlu, Can Yurtsevdi, Yusuf Akgün, Ayşe Selin Boronkay, Kaan Turgut və rejissor Hüseyin Orçun Belli də var.Polisdən verilən məlumata görə, aparılan əməliyyat zamanı 20 kiloqram müxtəlif narkotik maddə, habelə 500 qram kokain və 75 qram "bonzay" adlı narkotik vasitə ələ keçirilib.İstanbul polisi onu da bildirib ki, əməliyat 9 ay əvvəl küçələrdə narkotik maddələr satan mütəşəkkil cinayətkar qrupun izlənməsi ilə başlanmışdı. Cemal Hünal və Cenk Erenin vəkillərinin dediklərinə görə, şəhər polis idarəsinin Narkotiklərin Qanunsuz Dövriyyəsi ilə Mübarizə Şöbəsində onların müvəkkillərinin ifadələri alınandan sonra sərbəst buraxılıblar.Bu gün Ulusoy və Selen Katırçıoğlunun da azadlığa çıxması gözlənilir.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Onlayn TV

Page Rank Check