saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Nazəninin hər kəsdən gizlətdiyi nəvəsi üzə çıxdı

ÇapE-poçt

Müğənni Nazənin Salayevanın iki yaş üç aylıq Aylin adında nəvəsi üzə çıxıb.
Balaca Aylin müğənni Nazənin Salayevanın oğlu Fəxri Salayevin qızıdır. Lakin müğənni Nazənin Salayeva bu nəvəsini qəbul etmir, onunla görüşmür, heç bir maddi yardım etmir. Fəxri Salayev qızı üçün verdiyi alimenti belə gecikdirir: "Cəmi bir dəfə 700 manat alimenti bir yerdə ödəyiblər, ondan başqa hər ay gecikmə olur. Cəmi ay ərzində 103 manat pul ödəyirlər və ondan da tələb edirlər ki, imtina olunsun. Nazənin xanım hələ bir dəfə də olsun nəvəsini görməyə gəlməyib".
Daha sonra adının açıqlanmasını istəməyən şəxs bu günə kimi susma səbəbini də qeyd edib:
"Qorxurdum, çəkinirdim. Ona görə susmuşam. Ancaq Azərbaycan Respublikasının qanunlarına güvənirəm və bilirəm ki, azad respublikada yaşayrıq. Qanunlarımız məni qoruyacaq. Nazənin xanım və ailəsi istəmirdi ki, bu uşaqdan kiminsə xəbəri olsun. Olub hədələyiblər, söyüblər məni... Hətta deyirdilər ki, mən qızım barədə ağzımı açıb bir kəlmə kiməsə nəsə desəm, onlar deyəcəklər ki, mən üzr istəyirəm ifadəmə görə, guya pozğunam, Fəxrinin dostları ilə nə isə münasibətim olub. Şərləməklərindən yox, sadəcə, qızım üçün qorxurdum və susurdum".
Qeyd edək ki, Aylinin bir yaşı olandan sonra müğənni Nazənin Salayeva oğlunu başqa bir xanımla evləndirib. Lakin Fəxri Salayev qızı ilə görüşməyə hələ də davam edir.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check