saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Tarkandan nişanlısına 1,5 milyonluq hədiyyə

ÇapE-poçt

Evlilik hazırlığında olan Türkiyənin tanınmış müğənnisi, meqastar Tarkan nişanlısını öz ölkəsinə gətirib.
İfaçının nişanlısı onun villasında qalır.
İfaçının villası İstanbulun Tarabya rayonundadır. Birlikdə yaşamağa başlayan Tarkan və Pınar Dilek paparassilərə yaxalanmamaq üçün böyük səy göstərir.
Bu arada Tarkan yeni albomu üzərində işlərini tam sürətlə davam etdirir. Albomun yay aylarına hazır olması planlaşdırılır. Yeni mahnılar hazırlayan müğənni studiyadan, demək olar ki, çıxmır. O, jurnalistlərdən qorunmaq üçün də çıxış yolu tapıb. Belə ki, Tarkan öz maşınından istifadə etmir. Bunun əvəzində isə o, kirayə avtomobil götürüb. Bütün cəhdlərinə baxmayaraq paparatsilərdən yaxa qurtara bilməyib.
Studiyadan gec saatda çıxan Tarkan jurnalistlərin evliliklə bağlı suallarını cavabsız qoyub. O, ancaq oturduğu maşından "öpüş göndərmək" və "sizi sevirəm" deməklə kifayətlənib.
Türkiyənin məşhur ulduzu, meqastar Tarkan evlilik yolunda olduğu sevgilisinə bir neçə gün öncə böyük hədiyyə edib. Müğənni sevgilisinə 1,5 milyon lirəlik (təqribən 800 min manat) ev hədiyyə edib.
Daha doğrusu, Tarkan evləndikdən sonra Dilek Pınarla birlikdə yaşamaq üçün ev alıb. O, evi sevgilisinin adına qeydiyyata salıb.
Tarkan ötən ilin son günlərində sürpriz şəkildə nişanlanıb. Onun nişanlısı P.Dilek Almaniyada bir türk ailəsində dünyaya gəlir. Cütlüyün toyu yayda - daha dəqiq iyun ayında baş tutacaq. Onlar həm Almaniya, həm də Türkiyədəki dostları üçün toy mərasimi keçirəcəklər.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check