saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Gülay: "Kamili qısqanıram"

ÇapE-poçt

Ailəsi ilə gündəmə gəlməyi sevməyən müğənni Gülay Zeynallı idmançı həyat yoldaşı Kamil Zeynallı ilə haqqında son vaxtlar yayılan qısqanclıq xəbərlərinə aydınlıq gətirib.

Xəzər TV-də "Hər şey daxil" verilişinin qonağı olan müğənni bunları deyib:

"Hansıa verilişə cüt dəvət alanda gedirik. İkimiz də tanınmış insan olduğumuza görə belə söz-söhbətlər yayılır. Düzdür, Kamili qısqanıram. Amma dərəcəsində... Təzə ailə quranda həddindən artıq qısqanclıq olurdu. Övlad olandan sonra istər-istəməz sevgini, qısqanclığı övladın gələcəyinə yönəldirsən. Övladım bələkdə olanda ona bağça axtarırdım, indi də bağçaya gedir, məktəblərlə maraqlanıram. Yəni artıq bütün sevgimiz övladımıza qarşı yönəlib".

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Onlayn TV

Page Rank Check