saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

"Bütün xərclərimi onlar ödədi..."

ÇapE-poçt

Bu sözləri açıqlamasında Namiq Qaraçuxurlu bildirib.

Meyxanaçı vurğulayıb ki, yenidən istirahətə yola düşəcək:

"Uzun müddətdir istirahət etmirdim. Yay fəslində belə özümə vaxt ayırmırdım. Bunların hamısı yığıldı, fikirləşdim ki, bir müddətlik ölkədən uzaqlaşım. Səfərlərim sırasında Çin də var idi. Yəqin ki, ora çatma vaxtı hər kəsə məlumdu, çox uzaqdı. Düşündüm ki, bir də buraya gəlməyəcəm, bir az da artıq qalım. Çində insanlara həm qazanmaq, həm də yaşamaq üçün böyük şərait yaradıblar. Orada hər şey ucuzdu. Hələ Şanxay şəhəri çox bahalı sayılır. 4-5 nəfər restoranda oturduq, hər şey də yedik. 30-40 manat hesab gəldi. İnanmıram ki, Azərbaycanda da belə ucuzluq ola bilər. Hətta restoranda sizə qəbz də verirlər. Gələn dəfə restorana yaxınlaşanda 50 faiz endirimdən yararlanmaq olur".

Namiq Qaraçuxurlu səfərlərə xərclədiyi maliyyədən də danışıb:

"Səyahətlərə pul xərcləmirəm. Bu dəfə dostlarım dəvət etdi. Çin səfərimdə bilet, otel və.s xərcləri dostum üzərinə götürdü. Buna səbəb isə uzun müddətdir onların qulluğunda olmağımdır. Yaxınlarım isə bunun əvəzini çıxdılar. İndi o limitlərdən istifadə edirəm".

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check