saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

İncə bədənli qadın geyimi

ÇapE-poçt

 

Bildiyimiz kimi, arıq xanımlar üçün paltar seçimi çətin olur. Xüsusilə, geyimin əyinlərinə tam oturmasını istəyənlər bu məsələdə çətinlik çəkirlər. Geyim geydikdə ən vacib məsələlərdən biri kiçik və sadə hiylələrlə qüsurlarımızı gizlədə bilməyimizdir.  Əgər sizin də belə bir probleminiz varsa, xəbərdən faydalana bilərsiniz.

 

1.Arıq xanımların çox yol verdiyi səhvlərdən biri də çox enli geyimlə arıqlıqlarını gizlətməyə çalışmalarıdır. Ancaq bu paltarlar sizə xoş olmayan görünüş verər və arıqlığınızı daha da önə çəkər. Bunun əvəzinə bədəninizə oturan, ancaq yapışmayan paltarları seçsəniz, daha yaxşı nəticə əldə etmiş olarsınız.

2. geniş ətəkli paltarlar geyinin .Geniş ətəkli donlar arıq qadınlar üçün ideal bir seçimdir.

3. Üfüqi xətləri olan parçadan istifadə edinÜfüqi xətlər xüsusilə bədəninizin üst qisimi daha şəkilli göstərmək üçün idealdır. Bununla birlikdə şaquli xətlərdən uzaq olmağınız lazımdır, çünki şaquli xətlər insana daha uzun və incə bir görünüş verə bilir. Siz üfüqi xətli şalvar, köynək, jilet və paltar kimi geyimləri rahatlıqla geyinə bilərsiniz.

4. Qat-qat geyinin

Bu qaydanı yazda da tətbiq etmək mümkündür, ancaq payız və qış aylarında qat-qat geyinmək olduğunuzdan daha çəkili görünməyinizə zəmanət verir. Bunun üçün pencək, jilet və ya şalı geyimlərinizin sırasına əlavə etməyiniz ağıllı bir fikir olar. Klassik kəsimli pencəklərin daimi xilaskarınız olacağını unutmayın.

5. Tünd rənglərdən uzaqlaşın

Boşuna deməyiblər ki, "Qara arıq göstərər". Tünd rənglər insana daha arıq bir görünüş verir. Bu vəziyyətdə sizin də bu rənglərdən uzaq qalmağınız lazımdır. Mülayim tonlara yönəlin: ağ, pudra tonları, çəhrayı və mavi, açıq yaşıl sizin üçün ideal rəng tonlarıdır.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check