saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Afrikalı uşaqlar Android tablet’i hack etdilər

ÇapE-poçt

Afrikalı uşaqlar Android tablet’i hack etdilər

Əllərinə bir tablet təslim edilən, oxumaq-yazmaq belə bilməyən uşaqların hack bacarığı…
Afrikalı uşaqlar, özlərinə təslim edilən tablet-ləri kimsədən kömək almadan daxilini və xaricini öyrənməklə kifayətlənmədilər, Android əməliyyat sistemini hack’lamağı belə öyrəndilər.İki Efiopiya qəsəbəsində günəş enerjili batareya doldurma aləti ilə bir Motorola Xoom paylayan “One Laptop per Child” (OLPC), əvvəlcə əhaliyə onlara necə batareya doldurmağı öyrətdi. Uşaqlara isə təhsil proqramları yüklənmiş tablet-lər verildi.

Tablet-lərdə uşaqların yeni texnologiyanı necə istifadə etdiyini yazan bir yaddaş kartı var idi.OLPC qurucusu Nicholas Negroponte, uşaqların qutuyla oynayacağını sandığını, ancaq 5 dəqiqə içində yalnız qutunu açmaqla qalmayıb cihazı işlə sala bildiklərini söyləyir. 5 gün içində hər uşaq orta hesabla 47 tətbiq istifadə etməyə başlayarkən, iki həftə içində əlifba mahnıları söyləməyə başlamışlar. Uşaqlar beş ay sonra isə işi yaxşıca inkişaf etdirib Android əməliyyat sistemini hack edə biliblər.OLPC’ni ən çox çaşdıran isə uşaqların tablet-in əməliyyat sistemini müvəffəqiyyətlə dəyişdirmələri olmuşdur. Uşaqlar tablet-in masaüstünü tamamilə fərdiləşdirmiş, bundan əlavə tablet-ə tətbiq yükləməyə maneə törədən kilidi qaldırmağı bacarmışlar. Bundan əlavə uşaqlar, bir OLPC işçisi tərəfindən dövrə xarici buraxılan kameranı da təkrar işə sala biliblər.Kompüter vasitəsilə oxumağı öyrənmək çox yeni bir şey deyil. Professor Sugata Mitra’nın Hindistan gecəqondu araşdırmalarında etdiyi bir araşdırma, oxumaq-yazmaq bilməməyin kompüter istifadə etməyin qarşısını ala bilmədiyini ortaya çıxarmışdı.

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check