saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Gülüşümüz xarakterimizi göstərir.

ÇapE-poçt

Gülüşümüz xarakterimizi göstərir.

Gülüşümüz xarakterimizi göstərir.

Dahi Gertsenin fikrincə desək,gülüşün tarixini yazmaq həddindən artıq maraqlı olardı.Heç kimə məlum deyil ki,ilk gülən adam kimdir və ilk dəfə nəyə gülüb.Bu sirr hələ aşkara çıxmasa da psixoloqlar gülüş haqqında başqa fikirdədirlər.Onlar təsdiq edirlər ki,gülüş insanın xarakterini müəyyən edir. Həmçinin dahi filosof Aristotel də hesab edirdi ki, insan xarakterini təkcə üzünə görə yox,həm də gülüşünə görə müəyyən etmək olar.

Gülüşün səsi və tembri sait səslərə təyin olunur.Bu yolla insanın emosiyaları,onun daxili hisləri,səmimiyyəti barədə çox şey öyrənmək mümkündür:
“A” saitli (ha-ha) gülüş açıq, fəal, bəzən də qeyri-sabit insanlara məxsusdur.Ürəkdən ,daxildən gələn bu gülüş növü səsi ətrafa yayır və coşqun sevinci ifadə edir.Şənlənən və nə özünə, nə də ətrafdakılara nəyi isə sübut etmək istəməyən insanlar bu cür gülürlər.“A” saitli gülüş ən səmimi gülüş hesab edirlir.
“E” (he-he) ilə gülənlər fleqmatik və melanxoliklərdir.Bu gülüş, elə bil, ağızda gizlədilir və ətrafdakılara ünvanlanmır.Özünə güvənməyən, hər şeyə şübhə ilə yanaşan insanlar belə gülür.
“İ” saiti (hi-hi) sadəlövh, müti və yaltaq kəslərin gülüşü üçün xarakterikdir.Bəzən bu gülüş səmimi, ikiüzlü, bəzən isə nazlı və sadəlövh səslənə bilər.Adətən, yaşından daha cavan görünmək istəyən xanımlar belə gülürlər.

“O” saiti (ho-ho) xeyirxah,cəsur və mərd adamlar belə gülürlər.Bəzən isə belə gülüş rahatlıq və heyrəti nümayiş etdirir.Çox vaxt nədənsə möhkəm incimiş insanın müdafiə reaksiyasını ifadə edir.“O” saitli gülüş növü, eyni zamanda, səsin hündürlüyündən asılı olaraq tərslik və ya ələ salmaq istəyini ifadə edir. 
“U” saiti ilə ( hu-hu) adətən,təhlükəni öz təbəssümü ilə qarşılamağa cəhd göstərənlər gülür.Bu cür gülüş güclənən qorxunu,hürkünü nümayiş etdirir.
Hər kəs özünəməxsus tərzdə gülür.Bəzən güldüyümüz hadisənin mahiyyətini dərk etmirik, anlamırıq.Onun üçün də gülüşümüz qeyri-səmimi alınır. Yenə Aristotelin fikrinə müraciət edək. Dahi filosof deyirdi ki, bütün canlı varlıqlar içərisində gülüş yalnız insana məxsusdur.Onun fikrincə, körpə uşaq yalnız qırxı çıxandan sonra gülür,çünki o,ilk dəfə məhz bu zaman adam olur.Bu fikirdən belə başa düşmək olar ki,gülüş adamı insan edən ən vacib amillərdən biridir.

Sonda yazımı ömür və gülüş münasibətlərindən bəhs edən bir əhvalatla yekunlaşdırmaq istəyirəm.Mərhum şair Eldar Baxışın“ Ölüsü ilə - ərəbcə, dirisi ilə - rusca” adlı gülməcələr toplusunda yazılıb : 
“ Dünyagörmüş qoca, çox qoca bir kişi uzanıbmış torpağa, əllərini başının altına daraqlayıb baxırmış göyün üzünə-Tanrıya.Tanrının gözünün içinə.Yoldan keçən cavan, çox cavan bir oğlan soruşur : 
-Baba, neçə vaxtdı gəlib buradan o yana bu yana keçib gedirəm, səni həmişə burada görürəm.Elə bu cür uzanılı, əlləri başının altında daraqlı, üzü Tanrıya…
-Nə gözləyirsən belə? Nəyi gözləyirsən? 
Qoca oğlana sarı baxmayıb elə həmişəki vəziyyətdə gülüb deyir:-Ölümü gözləyirəm,bala.
Oğlan soruşur : 
-Ölüm deyib,nəyə gülürsən bəs?
Qoca deyir :
-Dünyada iki şeyə gücü çatmayan adamın yaxşı ki iki şeyə gücü çatıb:ağlamağa və gülməyə. Mən ağlamaq payımı ağlamışam,indi də gülüş payımı gülürəm”. 
Tanrı hər kəsə bir ömür payı biçib.Həyatımız boyunca dərk etdiyimiz hadisələrə, situasiyalara gülsək,ömrümüz daha xoşbəxt,daha anlamlı olar. Jül Renarın“Gündəlik”ində deyilir:“Bu dünyaya gəlmişik ki, gülək.Qıl körpüsündə və cəhənnəmdə bizə gülmək nəsib olmayacaq.Cənnətdə isə gülmək ayıbdır”.

Hər kəsə gülməyi arzulayırıq!

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check