saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Ən çox istifadə edilən dırnaq boyalarının mənaları nədir?

ÇapE-poçt

Ən çox istifadə edilən dırnaq boyalarının mənaları nədir?

Ən çox istifadə edilən dırnaq boyalarının mənaları nədir?
Diqqət çəkməyi sevən qadınların ortaq sevgisi...
Qırmızı rəng
Həmişə sevginin rəngi olub. Rənglərin ən duyğusalı, diqqət çəkəni və özəl xüsusiyyətlərə sahib olanıdır. Hər bir qadının mütləq qırmızı dırnaq boyası olmalıdır. Xüsusi gecələrin və maraqlı kombinlərin əvəzolunmaz rəngidir. Diqqət çəkməyi sevən qadınların ortaq sevgisi...



Mavi rəng
Mavi dərinliyi və qorxunu ifadə edir. Xüsusən də, bahar və yay aylarında tez-tez istifadə edilir. Mavi rəngi seçənlər adətən tək və azad olmaq istəyən insanlardır. Daha azad olmaq istədiklərini mavi rənglə əks etdirirlər.

Tünd-qırmızı
Qış və payız aylarının əvəzolunmaz rəngi zoğalıdır. Heç zaman sehrləyici təsirini itirmir. Bu rəngdən klassik tərzi sevən xanımlar istifadə edirlər. Gücü simvolizə edən tünd-qırmızı qadınların sevimli rənglərindən biridir.



Parıltılı rəng
Perlamutr və müxtəlif parıltılar dırnaqlara əlvan tərz qatır. Dinamik qadınların seçimi olan parıltılar həyəcan sevənlərin əvəzolunmaz boyalarıdır.

Qara rəng
Bütün geyimlərdə, çanta və ayaqqabı seçimlərində qara ilk sırada yer alır. Bəzən əhvalınızı əks etdirən qara hər tonla uyğun olur. Qara rəng güc və sabitliyi xarakterizə edir.



Qızılı rəng
Həyəcan verən qızılı rəng, xüsusən də gecə dəvətlərində qadınların parlamasını təmin edir. Qızılı rəng rəqabəti simvolizə edir. Bu qadınlar mübarizə aparmağa və dalaşmağa hər zaman hazır olurlar.

Neytral rənglər
Dırnaqları boya yoxmuş kimi göstərən rənglər dırnaqları sadə göstərir. Sakit, duyğusal qadınların seçimidir.



Narıncı rəng
Şən insanların seçimi narıncı dırnaq boyalarıdır. Bu rəngi sevənlər rahat və bir az da heç nəyi vecinə almayan xarakterə malikdir.

Çəhrayı rəng
Vintage tərzi sevən romantik qadınların seçimi ola bilər. Çəhrayı rəng qadınlara kübarlıq qatır.

Sarı rəng
Özünü xoşbəxt və rahat hiss edən qadınlar sarı rəngi seçirlər. Günəşi təmsil edir. Sarı rəngi seçən qadınlar optimist xarakterə malikdir.

Bənövşəyi rəng
Bəzən ağır olsa da, dinamik rəngdir. Bu rəngi sevən qadınlar yaradıcılıq qabiliyyətinə sahib olur. Sadə və enerjili insanların seçimi bənövşəyi olur.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check