saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Bir az da gülək

ÇapE-poçt

**Bir gün Molla Nəsrəddin yolda gedərkən bir yekəpər gəlir ona arxadan bir sillə vurur başına.Molla əsəbi halda üzünü çevirir və deyir: - Neynirsən? Zarafat edirsən? Yekəpər: - Yox zarafat eləmirəm! Molla: - Ay sağol mənim də belə zarafatlardan xoşum gəlmir.

**Bir gün 7 ləzgi gəlir şəkil çəkdirməyə 1-ci 4-ü oturur;3-ü dalda durur.Sonra tərsinə.Şəkilçəkən soruşur neynirsiz?Ləzgi deyir:heçnə 3-ün 4-ə şəkil çəkdiririk.

**Bir huşsuz dostuna deyir ki, mənə dünən bir dərman verdilər. Onu içəndən sonra daha heç nəyi unutmuram. Bütünlüklə huşum bərpa olunub. Dostu: -dərmanın adı nədir? Huşsuz: - bir cür gül var e, ag, qirmizi, sarı, tikanları da var e... Dostu: - Həəə, qızılgül???? Huşsuz: - Hə, hə, hə. Ona rusca nə deyirlər? Dostu: -Roza! Huşsuz arvadın çağırır: - Azz, Roza, dünənki dərmanın adı nə idi?

**Bir gün bir kişi psixoloqun yanına gəlir və deyir: -Həkim, mənim arvadım dəli olub -Hardan bilirsiz? -evdə qanadlı ağ atlar uçur amma arvadım onları görmür.

**İki kar yolla gedir. Biri o birinnən soruşur: - Bazara gedirsən? - Yox, bazara gedirəm. - Mən də elə bildim ki, bazara gedirsən.

**Sənin riyaziyyat məsələni yenə də anan həll edib? Şagird: - Neyləyim axı? Atam da mənim kimi riyaziyyatdan heçnə bilmir.

**Bir uşaq mağazanın pəncərəsini sındırıb evə tərəf qaçanda satıcı onu tutur: - Ay uşaq, bilmirsən sındırdığın pəncərələrin pulunu verməlisən? Uşaq: - Bilirəm də. Elə onun üçün də evə pul gətirməyə gedirəm.

**Avtobusda bir uşaq ayaq üstə dayanan yaşlı qadına deyir: - Xala oturmaq isteyirsiz? -Pis olmazdı. -Onda yanımda durun.Mən 2 astanovkadan sonra duşəcəm, oturarsız.

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check