saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

"Qırçınlı tort"

ÇapE-poçt

Tort formasında salatın hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

5 yumurta
5 x.q. süd
kahı yarpaqları

paştet:

2 toyuğun döş əti 
yerkökü 
soğan 
duzlu xiyar
sarımsaq
mayonez
qara istiot

1 yumurta və 1 x.q. südü çalın, azca duz vurub qızdırılmış və azca yağ vurulmuş tavada iki üzünü də qızardın. Bu qayda ilə 5 blinçik bişirin.

Toyuq ətini suda bişirin, xırda doğrayın. Yerkökünü doğrayıb qovurun. Soğanı da doğrayıb ayrılıqda qovurun. Toyuq əti, yerkökü, soğan, sarımsaq, mayonez, qara istiot və doğranmış duzlu xiyarı blenderdə qatı xama halına gələnədək xırdalayın.

Hər blinçikin üzərinə paştet çəkin, kahı yarpaqları düzün, layları təkrarlayın.

Süfrəyə verməzdən əvvəl azı yarım saat saxlayın.

Nuş olsun!

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check