Tarkanın əfv istəyi rədd edildi.
Narkotik istifadəsində ittiham olunan dünya şöhrətli müğənni 9 iyunda məhkəmə qarşısına çıxacaq
“ Habertürk” ə istinadən xəbər verək ki, narkotiklərdən istifadəyə görə ağır cinayətlər məhkəməsində ittiham olunan meqastar Tarkanın əfv xahişini məhkəmə rədd edib. İki ilə yaxın həbs olunması istənilən Tarkanın 9 iyunda ilk məhkəməsi olacaq. Tarkan Teretoğlu və onunla birgə ittham olunan 16 müttəhim məhkəməyə gəlməsələr, zorla gətiriləcəkləri haqqında müvafiq instansiyalar tərəfindən xəbərdar olunublar.
Tarkanın vəkili Özləm Dinçtürk müdafiə etdiyi şəxs haqqında ancaq narkotiklərdən istifadəyə görə iddia hazırlandığını və cinayət işinin digər müttəhimlərdən ayrılaraq əfv olunması tələbilə məhkəməyə göndərildiyini, lakin iddiasının rədd edildiyini bildirib.
< Əvvəlki | Növbəti > |
---|
11.04.11 09:44 ərzində olan dəyişikliklər 09.04.11 22:09