saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Zaurdan bağlandığı deyilən verilişlə bağlı AÇIQLAMA

ÇapE-poçt

Teleaparıcı Zaur Baxşəliyev "Bu stil mənim"in bağlanması barədə yayılan xəbərlərə münasibət bildirib.
qafqazinfo-ya açıqlama verən aparıcı deyib ki, 2-3 həftədən sonra "Bu stil mənim" yenidən efirdə olacaq:
"Biz Türkiyədə "Bu stil mənim" yarışını onların çəkdiyi studiyada çəkirik. Yəni, həm rejissorlar, həm prodüserlər, həm də çəkiliş aparılan studiya eynidir. Türkiyədə dediklərinə görə, məşhurların yarışdığı "İşte benim stilim" o qədər də uğurlu alınmadı. Bu səbəbdən yarışın finalını tezləşdirdilər. Yeni formatda olan yarışın çəkilişləri dalbadal düşdüyünə görə bizim "Bu stil mənim" yarışını bir müddət sonraya saxladıq. Biz indi onların çəkilişlərinin yekunlaşmasını gözləyirik. 2-3 həftədən sonra "Bu stil mənim" yenidən efirdə olacaq, amma proqramda bir neçə dəyişiklik olacaq".
Qeyd edək ki, şənbə günü ATV-də veriliş yayımlanmadığı üçün "Bu stil mənim"in bağlanması barədə məlumatlar yayılmışdı.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Onlayn TV

Page Rank Check