saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Paxlava

ÇapE-poçt

Paxlava

Novruz şirniyyatları
Paxlava
Paxlavanın həm xəmiri, həm də içi şəkərburanınkı kimi hazırlanır. Sadəcə onun içi qoz ləpəsindən ibarət olur. Xəmir ikisis digərlərinə nisbətən böyük olmala on iki kündəyə bölünür.Böyük kündələrdən biri 0,2 mm qalınlığında yayılıb yağlanmış tavanın içinə salınır və üzərinə 3 mm hündürlükdə ləpə səpilir. İç ətrafa tökülməsin deyə, yuxa tavanın kənarlarını da tutmalıdır. Beləcə, proses kündələr bitənə kimi davam edir. Sonuncu iri kündə bir qədər qalın yayılıb üstdən qoyulur və kənarları alt təbəqənin yuxası ilə birləşdirilir. Sonra xəmir iti bıçaq ilə 10x4 sm-lik romb şəkilli paxlavalara bölünür.

Otuz dəqiqə saxlandıqdan sonra hər paxlavanın ortasına badam qoyulur, üstünə yumurta sarısı sürtülür və sobaya yerləşdirilir. On dəqiqədən sonra tava sobadan çıxardılır, kəsilmiş paxlavaların arasına ərinmiş isti yağ gəzdirilir və yenidən bişməyə qoyulur. Hazır olmasına beş dəqiqə qalmış paxlavanın üstünə şərbət tökülüb sobaya yerləşdirilir. Paxlavalar yalnız tam soyuduqdan sonra tavadan çıxardılıb, qaba düzülür.
Lazım olan ərzaqlar: 500 q un, 150 q ərinmiş yağ, 200q süd, 1 yumurta, 20 q maya, 500 q qoz ləpəsi, 500 q şəkər tozu, 4-5 ədəd hil, 0,5 q vanil tozu və 0,1 q zəfəran.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check