saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Kofenin xeyirli cəhətləri

ÇapE-poçt

 

İki fincan kofe Alçqeymer xəstəliyinin qarşısını ala bilər

 

Gündə iki fincan möhkəm kofe içmək Alçqeymer xəstəliyinin və yarana biləcək bir neçə xəstəliyin qarşısını ala bilər. Təhlükəsiz narkotik vasitə olan kofein beyinə daxil olduqdan sonra xəstəliyin yaranmasına təsir edir.

Amerikalı alimlər son araşdırmalardan belə nəticəyə gəliblər ki, kofein nəinki Alçqeymerin yaranmasının qarşısı alır, hətta onu müalicə də edir. Baxmayaraq ki, alimlər bu nəticəyə heyvanlar üzərində aparılan sınaqdan sonra gəliblər, onlar bu sahədə aparılan eksperimentdə kofeinin təsirinin ən perspektivli olduğunu söyləyirlər.


Cənubi Florida Universitetində aparılan araşdırmalara rəhbərlik edən Qarri Arendaş deyir ki, təhlükəsiz narkotik vasitə olan kofein beyinə daxil olduqdan sonra xəstəliyin yaranmasına təsir etməyə başlayır.

Qeyd edək ki, dünya alimləri uzun müddətdir ki, Alçqeymer xəstəliyinin yaranma səbəbini araşdırır. İndiyədək bu xəstəlik milyondan artıq insanın həyatına son qoyub.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Onlayn TV

Page Rank Check