saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Günün tarixi 08.07.11

ÇapE-poçt

Günün tarixi 08.07.11

8 iyul. İlin sonuna 176 gün qalır.

1497. Vasko da Qama Hindistana dəniz yolunu tapmaq üçün səfərə çıxıb

1621. Fransız təmsilçi Jan de la Fonten anadan olub. Onun yaradıcılığına azərbaycanlı ədiblər də müraciət edib

1709. İsveç və rus ordusu arasında Poltava döyüşü sonuncunun qələbəsi ilə başa çatıb

1838. Dirijablın ixtiraçısı Ferdinand fon Zeplen anadan olub

1889. “The Wall Street Journal”ın ilk sayı işıq üzü görüb

1920. Azərbaycan İnqilab Komitəsi incəsənət abidələrinin siyahıya alınması və mühafizəsi barədə dekret verib

1921. ADR hökumətin ikinci kabinəsində daxili işlər naziri (17.06-07.12.1918) olmuş Behbud xan Cavanşir “Daşnaksütyun” partiyasının üzvü Misak Terlakyan tərəfindən qətlə yetirib

1948. Qadınların ABŞ HHQ-nə qəbul edilməsinə rəsmi razılıq verilib

1996. Azərbaycan Respublikası Boliviya ilə diplomatik əlaqələr qurub

2003. Bakıda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında hava əlaqəsinin yaradılması haqqında Saziş imzalanıb

2004. Azərbaycan və Pakistan arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

Günün aforizmi

“Olmasaydı buy cahanda sarsaqlar,
Ac qalardı onda yəqin yaltaqlar”.

M.Ə.Sabir.

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Onlayn TV

Page Rank Check