saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı son məlumat

ÇapE-poçt

Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı son məlumat

Komissiya üzvləri ilk növbədə qəzaya uğramış Azərbaycan təyyarəsini tapmağa və onun qalıqlarını götürməyə çalışırlar. Bütün qüvvələr məhz buna səfərbər olunub. Bu barədə bazar ertəsi Trend-ə hadisənin araşdırılması üzrə komissiyanın üzvü, "Silk Way" aviaşirkəti direktorunun müşaviri Adil Qasımov bildirib

Onun sözlərinə görə, xüsusi komissiyanın nümayəndələri atışma ilə əlaqədar dağlara qalxa bilmirlər.

Qasımov bildirib ki, yerli polis, bələdiyyə orqanları axtarışda onlara kömək etmək üçün yerli sakinlərə müraciət edirlər.

"Real vəziyyət çox ağırdır", - komissiyanın üzvü bildirib.

İyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan vətəndaşı, digər ekipaj üzvləri isə Özbəkistan vətəndaşları olublar. Əfqanıstanın rəsmi şəxslərindən əldə olunan məlumata görə, bütün ekipaj üzvləri həlak olub.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə tikilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

"Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin qəzaya uğramasını araşdıran komissiya şənbə günü hava gəmisinin "Taliban" hərəkatı tərəfindən vurulmasının əsas versiyalardan biri olduğunu bəyan edib.

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check