saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Azərbaycanlı dizayner “Ferrari” şirkətinin təşkil etdiyi müsabiqədə ikinci olub

ÇapE-poçt

Azərbaycanlı dizayner “Ferrari” şirkətinin təşkil etdiyi müsabiqədə ikinci olub


5 ildən bir təşkil olunan yarışmanın mövzusu 2025-ci ilin “Ferrari”sinin dizaynını hazırlamaqdır.
Azərbaycanlı Samir Sadıqov “Ferrari” şirkətinin 5 ildən bir təşkil etdiyi yarışmaya qatılaraq şirkətin ən gənc dizayneri olub. APA-ın məlumatına görə, yarışmaya dünyanın müxtəlif ölkələrindən dizayner məktəblərinin 50-yə qədər tələbəsi 900 layihə ilə qatılıb.

Cənubi Koreyalı tələbələrin “Eternita” adlı konsepsiya ilə birinci yeri tutduğu yarışın ikinci qalibi isə Gəncə Türk Liseyinin məzunu, hazırda Torinodakı (İtaliya) Avropa Dizayn İnstitutunda oxuyan Samir Sadıqov olub. “Xəzri” adını verdiyi konsepsiyası ilə ikinci yeri tutan azərbaycanlı dizaynerə mükafatı “Ferrari”nin dizayn direktoru Flavio Manzoni təqdim edib.

Qeyd edək ki, 5 ildən bir təşkil olunan yarışmanın mövzusu 2025-ci ilin “Ferrari”sinin dizaynını hazırlamaqdır.

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check